21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyəti açıqlanıb. Martın 16-dan 26-dək keçiriləcək hazırlıq prosesində “Qəbələ”nin üç futbolçusu da iştirak edəcək. Bunlar Murad Popov, Amin Seydiyev və Rövlan Muradovdur. Onların qatılacağı Bakı toplanışı zamanı U-21 iki yoxlama oyunu keçirəcək. Martın 23-də "Səbail", 3 gün sonra isə MOİK-lə qarşılaşmalar Bakı Olimpiya Stadionunun məşq meydanında keçiriləcək.