«Qəbələ»nin üç futbolçusu milli komandada
Xəbərlər / 22 Dekabr 2016 | 21:26498
«Qəbələ»nin üç futbolçusu milli komandada

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması təlim-məşq toplanışına start verib. Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək Valentin Qranatkinin xatirə turnirinə hazırlıq məqsədilə bir araya gələn milli komandanın düşərgəsinə “Qəbələ”nin 3 futbolçusu cəlb olub. Bunlar Murad Popov, Əli Sadıxov və Fərid Nəbiyevdir. Yığmamızın hazırlığının 1-ci hissəsi dekabrın 30-a qədər davam edəcək. 2017-ci il yanvarın 2-də yenidən bir araya gələcək komandamız ayın 7-dək təlim-məşq toplanışında olacaq. Hazırlıq prosesi Bakıda keçiriləcək.
Xatırladaq ki, 1999-cu il təvəllüdlü futbolçular arasında keçiriləcək beynəlxalq turnirdə Azərbaycan millisi Litva, Qazaxıstan və Slovakiya ilə eyni qrupda mübarizə aparacaq.