Topaz Premyer Liqasının X turunun rəmzi komandası müəyyənləşib. Peşəkar Futbol Liqasının “İnstat” şirkətinin təhlilləri əsasında açıqladığı “11-lik”də “Qəbələ”nin 3 futbolçusu yer alıb.
Bunlar yarımmüdafiəçilər Təmkin Xəlilzadə və Sabien Lilay, həmçinin hücumçu Stiven Monrozdur. Onlar “Sabah”la ev matçındakı (2:1) çıxışına görə “11-liy”ə daxil edilib.
Lilay artıq üçüncü dəfə “11-lik”də yer alır. Digərləri isə ikinci dəfə rəmzi komandadadır.