«Qəbələ»nin üç futbolçusu U-16-da
Xəbərlər / 22 Noyabr 2021 | 15:24192
«Qəbələ»nin üç futbolçusu U-16-da

“Qəbələ”nin üç futbolçusu Azərbaycanın U-16 yığmasına çağırılıb. Bunlar Allahverdi Rəhimov, Cumali Hüseynov və İlkin Budaqovdur. 16 yaşadək futbolçulardan ibarət millimiz noyabrın 25-dən 27-dək Bakıda, noyabrın 28-dən dekabrın 3-dək isə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təlim-məşq toplanışında olacaq. Yığmamız hazırlıq çərçivəsində noyabrın 30-da və dekabrın 2-də BƏƏ-nin U-16 komandası ilə iki yoldaşlıq oyunu keçirəcək. Hazırlıq prosesinə 24 futbolçu dəvət olunsa da, 22 nəfərlik yekun heyət Bakı toplanışından sonra müəyyənləşəcək.