“Qəbələ”nin üç oyunçusu 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasına çağırılıb. Bunlar Emil Səfərov, Mehrac Baxşəli və Galağa Əsədovdur. Futbolçularımız yığmanın təlim-məşq toplanışında iştirak edəcək. Millimiz noyabrın 11-dən 16-dək Bakıda hazırlıq keçəcək. Toplanışdan bir gün öncə futbolçular və məşqçi heyəti COVİD-19 testindən keçəcək.