«Qəbələ»nin üç futbolçusu U-19-da
Xəbərlər / 23 İyul 2022 | 12:56166
«Qəbələ»nin üç futbolçusu U-19-da

19 yaşadək futbolçulardan Azərbaycan milli komandasının təlim məşq toplanışı olacaq. “Qəbələ”nin üç oyunçusu da hazırlıqda iştirak edəcək. 

Samir Ağayev, İbrahim Ramazanov və Şahin Şahniyarov iyulun 23-dən 31-dək Bakıda təşkil olunacaq toplanışa qatılacaq. Millimiz hazırlıq prosesi çərçivəsində iki yoldaşlıq oyunu keçirəcək. U-19 iyulun 29-da və 31-də belaruslu yaşıdları ilə qarşılaşacaq.