“Qəbələ”nin üç futbolçusu Azərbaycanın U-19 yığmasına çağırılıb.
Həbib Hüşənov, Ziya Şəkərxanov və Ömər Kərimov 19 yaşadək futbolçulardan ibarət millinin təlim-məşq toplanışında iştirak edəcəklər. U-19 martın 17-dən 23-dək Qəbələdə hazırlıq keçəcək.
Toplanış çərçivəsində iki matç baş tutacaq. U-19-un martın 19-da və 22-də Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoxlama görüşü təşkil olunacaq. Hər iki oyun saat 17:00-da başlayacaq.