«Qəbələ»nin üç futbolçusu U-21-də  
Xəbərlər / 3 Mart 2017 | 22:57369
«Qəbələ»nin üç futbolçusu U-21-də  

21 və 23 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmalarının təlim-məşq toplanışı keçiriləcək. Hazırlıq prosesi martın 6-dan 9-dək davam edəcək. Bakıda baş tutacaq toplanışa “Qəbələ”nin 3 futbolçusu dəvət alıb. Bunlar Murad Popov, Qismət Alıyev və Roman Hüseynovdur. Onlar U-21 yığmasına cəlb olunacaq.