21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyəti açıqlanıb. “Qəbələ”nin üç oyunçusu yığmaya çağırılıb. Nicat Mehbalıyev, Rüfət Əhmədov və Emil Səfərov Avropa çempionatının seçmə mərhələsinə hazırlıq məqsədilə mayın 22-dən 30-dək Bakıda baş tutacaq təlim-məşq toplanışında iştirak edəcək.
Millimiz hazırlıq prosesi çərçivəsində mayın 26-da Küveytin 23 yaşadək futbolçulardan ibarət yığma komandası ilə yoldaşlıq oyunu keçirəcək. Sumqayıtdakı “Kapital Bank Arena”da baş tutacaq görüş saat 17:00-da başlayacaq.