“Qəbələ”nin üç futbolçusu U-21-də
Xəbərlər / 31 May 2024 | 17:347093
“Qəbələ”nin üç futbolçusu U-21-də

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyəti açıqlanıb. “Qəbələ”nin üç futbolçusu yığmaya dəvət alıb.

 

İbrahim Ramazanov, Eşqin Əhmədov və Şahin Şahniyarovun yer aldığı millimiz iyunun 7-də Bratislavada Slovakiya, iyunun 11-də isə Bakıda Bolqarıstan yığması ilə qarşılaşacaq. İyunun 1-də təlim-məşq toplanışına başlayacaq U-21 ayın 5-də Bratislavaya səfər edəcək və Slovakiya ilə görüşdən bir gün sonra geri dönəcək.