“Qəbələ”nin üç futbolçusu U-21-də
Xəbərlər / 11 Noyabr 2025 | 13:1016713
“Qəbələ”nin üç futbolçusu U-21-də

“Qəbələ”nin üç futbolçusu Azərbaycanın U-21 millisinə çağırılıb.

 

Eşqin Əhmədov, Nuğay Rəşidov və Şahin Şahniyarov Bakıda toplaşan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasına dəvət alıb. Millimiz Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Cəbəllütariq yığması ilə qarşılaşacaq.

 

U-21 noyabrın 12-dən 17-dək İspaniyanın Malaqa şəhərində təlim-məşq toplanışı keçəcək. Komandamız Cəbəllütariq millisi ilə noyabrın 18-də səfərdə qarşılaşacaq.