“Qəbələ”nin üç oyununun vaxtı dəqiqləşdi
Xəbərlər / 31 Avqust 2026 | 11:1739
“Qəbələ”nin üç oyununun vaxtı dəqiqləşdi

Misli Premyer Liqasında növbəti üç turun oyun cədvəlləri açıqlanıb.

 

“Qəbələ”nin üç matçının vaxtı müəyyənləşib. IV turun sentyabrın 4-də keçiriləcək “Qəbələ” – “İmişli” görüşü Qəbələ şəhər stadionunda baş tutacaq və saat 18:00-da başlayacaq.

 

V turun “Kəpəz” – “Qəbələ” oyunu sentyabrın 12-də Gəncə şəhər stadionunda təşkil olunacaq. Matç saat 17:30-da start götürəcək.

 

Sentyabrın 18-də Qəbələ şəhər stadionunda baş tutacaq “Qəbələ” – “Neftçi” görüşü saat 17:30-da başlayacaq. Hər üç qarşılaşma “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.