«Qəbələ»nin üç oyununun vaxtı dəyişdirildi
Xəbərlər / 20 Fevral 2018 | 16:21373
«Qəbələ»nin üç oyununun vaxtı dəyişdirildi

Peşəkar Futbol Liqası 2017-2018-ci illər mövsümünün təqvimində müəyyən dəyişikliklər edib. Azərbaycan milli komandasının mart toplanışı və yoxlama görüşləri, eləcə də 11 aprel Prezident seçkilərini nəzərə alan qurum Topaz Premyer Liqasının və Azərbaycan Kubokunun təqvimində dəyişiklikləri zəruri hesab edib.

“Qəbələ”nin cari mövsümdə keçirəcəyi üç oyunun vaxtı da dəyişdirilib. Topaz Premyer Liqasının XIX turunun “Kəpəz” – “Qəbələ” qarşılaşması martın 9-da, XX turunun “Keşlə” - “Qəbələ” matçı martın 13-də keçiriləcək. Azərbaycan Kubokunun 1/2 final mərhələsinin ilk oyunları aprelin 12-də baş tutacaq ki, “qırmızı-qaralar” həmin gün “Neftçi”ni qəbul edəcək.