I Liqada XIV, XV və XVI turların oyun cədvəlləri açıqlanıb.
“Qəbələ”nin üç matçının vaxtı və yeri dəqiqləşib. “Qırmızı-qaralar” XIV turda “İmişli”nin qonağı olacaq. Fevralın 13-də Heydər Əliyev adına İmişli şəhər stadionunda baş tutacaq qarşılaşma 14:00-da start götürəcək.
Komandamız XV turda MOİK-lə qarşılaşacaq. Fevralın 19-da Binə qəsəbə stadionunda keçiriləcək səfər matçı saat 14:00-da başlayacaq.
“Qəbələ” XVI turda “Karvan”ı qəbul edəcək. Fevralın 28-də Qəbələ şəhər stadionunda keçiriləcək görüş 15:00-da start götürəcək. Hər üç qarşılaşma Peşəkar Futbol Liqasının I Liqa / II Liqa yutub kanalında canlı yayımlanacaq.
Qeyd edək ki, 12 turdan sonra 30 xalla I Liqanın lideri olan “Qəbələ” XIII turda “Difai” ilə üz-üzə gələcək. Fevralın 6-da Şamaxı OİK stadionunda keçiriləcək matç saat 14:30-da başlayacaq.