I Liqada XXII, XXIII və XXIV turların oyun cədvəlləri açıqlanıb.
“Qəbələ”nin üç matçının vaxtı və yeri dəqiqləşib. “Qırmızı-qaralar” XXII turda “İmişli”nin qonağı olacaq. Aprelin 18-də Heydər Əliyev adına İmişli şəhər stadionunda baş tutacaq matç saat 16:30-da start götürəcək.
XXIII turun “Qəbələ” – MOİK görüşü aprelin 25-də keçiriləcək. Qəbələ şəhər stadionunda təşkil olunacaq qarşılaşma saat 18:00-da başlayacaq.
XXIV turun “Karvan”la səfər oyunu mayın 2-də baş tutacaq. Yevlax şəhər stadionundakı matç saat 17:00-da start götürəcək.
Hər üç qarşılaşma Peşəkar Futbol Liqasının I Liqa // II Liqa yutub kanalında canlı yayımlanacaq.
Qeyd edək ki, 20 oyundan sonra 52 xalla I Liqanın lideri olan “Qəbələ XXI turda “Difai” ilə qarşılaşacaq. Aprelin 11-də Qəbələ şəhər stadionunda keçiriləcək matç saat 17:00-da başlayacaq.