“Qəbələ”nin 2026-cı ildə keçirəcəyi daha üç oyunun vaxtı müəyyənləşib.
Misli Premyer Liqasında XVIII və XIX turun, Bizon Azərbaycan kubokunda 1/4 final mərhələsinin ilk oyunlarının cədvəli açıqlanıb. “Qırmızı-qaralar” yanvarın 30-da XVIII turun görüşünə çıxacaq. “İmişli” ilə Qəbələ şəhər stadionunda keçiriləcək matç saat 17:00-da başlayacaq.
“Sabah”la 1/4 finalın ilk oyunu fevralın 4-də baş tutacaq. “Bank Respublika Arena”da təşkil olunacaq qarşılaşma saat 19:30-da start götürəcək.
XIX turun “Neftçi” ilə səfər qarşılaşması fevralın 10-da keçiriləcək. “Palms Sports Arena”da baş tutacaq görüş saat 19:00-da başlayacaq. Komandamızın bütün oyunları “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.
Qeyd edək ki, “Qəbələ” 2026-cı ildə ilk matçını yanvarın 24-də keçirəcək. XVII turun “Şamaxı” – “Qəbələ” görüşü Şamaxı şəhər stadionunda baş tutacaq və 14:00-da başlayacaq.