Misli Premyer Liqasında III dövrənin ilk üç turunun oyun cədvəlləri açıqlanıb.
XXIII turun “Sabah” – “Qəbələ” matçı martın 10-da keçiriləcək. “Bank Respublika Arena”da baş tutacaq qarşılaşma saat 19:15-də başlayacaq.
XXIV turun “Qəbələ” – “Neftçi” görüşü martın 15-də baş tutacaq. Qəbələ şəhər stadionunda keçiriləcək matç saat 18:00-da start götürəcək.
Martın 21-də keçiriləcək XXV turun “Turan Tovuz” – “Qəbələ” oyunu saat 16:00-da başlayacaq. Görüşün məkanı ilə bağlı PFL-in Tovuz şəhər stadionunu qiymətləndirməsindən sonra qərar veriləcək.
Qeyd edək ki, hər üç qarşılaşma “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.