Misli Premyer Liqasında üç turun oyun cədvəli açıqlanıb.
“Qəbələ”nin XXVII, XXVIII və XXIX turda keçirəcəyi oyunların vaxtı müəyyənləşib. Komandamız aprelin 12-də “İmişli”ni qəbul edəcək. Qəbələ şəhər stadionunda keçiriləcək qarşılaşma saat 15:30-da başlayacaq.
XXVIII turun “Sumqayıt” – “Qəbələ” matçı aprelin 19-da baş tutacaq. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunacaq görüşün start fiti saat 18:00-da veriləcək.
“Qırmızı-qaralar” XXIX turda “Araz-Naxçıvan”ı qəbul edəcək. Aprelin 25-də Qəbələ şəhər stadionunda keçiriləcək oyun saat 18:30-da başlayacaq. Hər üç matç “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.