UEFA Avropa Liqasında III təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib. İsveçrənin Nyon şəhərində baş tutan tədbirdə “Qəbələ”nin potensial rəqibi də müəyyənləşib. II təsnifat mərhələsində “Dinamo” (Tbilisi, Gürcüstan) ilə qarşılaşacaq “qırmızı-qaralar” bu səddi adlasa, Hollandiyanın “Feyenoord” klubu ilə görüşəcək. Rotterdam təmsilçisi ilk qarşılaşmanı evdə keçirəcək. Bu mərhələnin matçları avqustun 8-də və 15-də keçiriləcək.
Xatırladaq ki, “Qəbələ” və “Dinamo” arasında ilk görüş iyulun 25-də, cavab matçı avqustun 1-də baş tutacaq.