UEFA Avropa Liqasında 2019-2020 mövsümünün II təsnifat mərhələsinin püşkü atılıb. İsveçrənin Nyon şəhərindəki tədbirdə yarışa bu mərhələdən başlayacaq “Qəbələ”nin də rəqibi bəlli olub. Ardıcıl 6-cı dəfə bu turnirdə qüvvəsini sınayacaq “qırmızı-qaralar”ın rəqibi "Dinamo" (Gürcüstan) ilə ilkin mərhələnin 2-ci cütünün qalibi arasında matçlarda müəyyənləşəcək. İlkin mərhələnin bu cütündə “La Fiorita” (San-Marino) və “Enqordani” (Andorra) qarşılaşacaq.
Komandamız ilk oyununu iyulun 25-də evdə keçirəcək. Cavab görüşü isə avqustun 1-də səfərdə baş tutacaq.
Xatırladaq ki, I təsnifat mərhələsinin oyunları iyulun 11-də və 18-də keçiriləcək. İlkin mərhələnin qarşılaşmaları isə iyunun 27-də və iyulun 4-də baş tutacaq.