«Qəbələ»nin yeddi futbolçusu U-18-də
Xəbərlər / 15 Noyabr 2022 | 12:361518
«Qəbələ»nin yeddi futbolçusu U-18-də

18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışı keçiriləcək. Hazırlıq prosesində “Qəbələ”nin 7 oyunçusu iştirak edəcək. Bu futbolçular Ravil Qafarov, Şahin Şahniyarov, Samir Ağayev, Murad Musayev, Eşqin Əhmədov, Elmir Hüseynli və Sənan Ağalarovdur. Toplanış noyabrın 16-dan 24-dək Bakıda baş tutacaq.