Misli Premyer Liqasında II və III turların oyun cədvəlləri açıqlanıb.
“Qırmızı-qaralar” mövsümdə ilk ev oyununa II turda çıxacaq. Komandamız avqustun 25-də “Zirə”ni qəbul edəcək. Qəbələ şəhər stadionunda keçiriləcək qarşılaşma saat 19:00-da başlayacaq.
“Qəbələ” III turda “Araz-Naxçıvan”ın qonağı olacaq. Avqustun 30-da baş tutacaq matç “Liv Bona Dea Arena”da keçiriləcək. Görüş saat 20:30-da start götürəcək.
Qeyd edək ki, hər iki qarşılaşma “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.