«Qəbələ» «Obolon»u da bir qolla keçdi - Fotoreportaj
Xəbərlər / 30 Yanvar 2012 | 20:00455
«Qəbələ» «Obolon»u da bir qolla keçdi - Fotoreportaj

Antalyada hazırlıqlarını davam etdirən “Qəbələ” bu gün 4-cü yoxlama matçında Ukraynanın “Obolon” klubu ilə qarşılaşıb. Komandalar meydançaya aşağıdakı heyətlərlə çıxıblar:

“Qəbələ”: Pavel Doroşev, Nodar Məmmədov, Sergey Sokolov, Stiv Olfers, Ürfan Abbasov, Elmar Baxşıyev (Bruno da Silva), Tərzin Cahangirov, Yaşar Abuzərov (Abdulkader Kamara), Nuran Qurbanov (Viktor Mendi), Murad Hüseynov (Yannik Kamanan), Arif İsayev (Luis Hilario Dodo).

“Obolon”:  Makovskiy, Plastun, Sapay, Jlkiv, Konuşenko, Lupaşenko, Sluşer, Sibiriakov, Kutşerenko, Mandzuk, Kornev.

Matça “Obolon” sürətli başlasa da, tədricən “Qəbələ” üstünlüyü ələ alıb. Bir-birinin ardınca təhlükəli vəziyyətlər yaradan Fatih Kavlakın yetirmələri 30-cu dəqiqədə hesabı açıblar.  Arif İasayevin qarşısının cərimə meydançası daxilində kobudluqla alınması hakimin penalti nöqtəsini göstərməsi ilə nəticələnib. Murad Hüseynov 11 metrlik zərbəni dəqiq yerinə yetirib: 1-0. İkinci hissədə hər iki komandanın fərqlənmək imkanı olsa da, hesab dəyişməyib və “Qəbələ” “Vitorul Konstanta”nın ardınca “Obolon”u da 1:0 hesabilə məğlub edib.