«Qəbələ» - «Omoniya» oyununun hakimləri müəyyənləşdi
Xəbərlər / 14 İyul 2023 | 17:541689
«Qəbələ» - «Omoniya» oyununun hakimləri müəyyənləşdi

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində keçiriləcək “Qəbələ” – “Omoniya” oyununun hakimləri müəyyənləşib. İlk matçlar çərçivəsində baş tutacaq görüşü rumıniyalı ədalət təmsilçiləri idarə edəcək. İyulun 27-dəki matçın baş hakimi Andrey Çivulete olacaq.

 

UEFA Konfrans Liqası

II təsnifat mərhələsi, ilk oyun

27 iyul

20:00. “Qəbələ” – “Omoniya” (Kipr)

Baş hakim: Andrey Çivulete

Baş hakimin köməkçiləri: Sebastyan George, Daniel Mitruti
Dördüncü hakim: Horatsiu Feșniç (hamısı Rumıniya)

Qəbələ şəhər stadionu