«Qəbələ» «Panatinaikos»la oyuna Bakıda hazırlaşır
Xəbərlər / 17 Avqust 2015 | 19:34152
«Qəbələ» «Panatinaikos»la oyuna Bakıda hazırlaşır

UEFA Avropa Liqasının pley-off mərhələsində Yunanıstanın “Panatinaikos” klubu ilə qarşılaşacaq “Qəbələ” ilk oyunun hazırlıqlarını davam etdirir. “Qırmızı-qaralar” avqustun 20-də Bakıda baş tutacaq qarşılaşmaya paytaxtda hazırlaşır. Komandamız Topaz Premyer Liqasının II turunun avqustun 15-də keçirilən AZAL-la oyunundan (2:0) sonra məşqlərinə ara verməyib. Zədəli futbolçular artıq komandanın hazırlıqlarına qoşulduğundan “Qəbələ” tam heyətlə məşq keçib. Gündə bir dəfə məşq edən Roman Qriqorçukun yetirmələri hazırlıq prosesində əsasən toplu çalışmalara üstünlük verir.
UEFA Bakıdakı “Bakcell Arena”da baş tutacaq “Qəbələ” – “Panatinaikos” oyununun təyinatlarını da rəsmən açıqlayıb. Paytaxtdakı görüşü ingiltərəli Andre Marrinerin başçılıq etdiyi hakimlər briqadası idarə edəcək. Qarşılaşma saat 21:00-da başlayacaq.

UEFA Avropa Liqası
Pley-off mərhələsi
İlk oyun
20 avqust
21:00. “Qəbələ” – “Panatinaikos” (Yunanıstan)
Baş hakim: Andre Marriner (İngiltərə)
Baş hakimin köməkçiləri: Simon Bennett, Li Betts (hər ikisi (İngiltərə)
Dördüncü hakim: Robert Madli (İngiltərə)
Hakim-inspektor: Zbiqnev Przesmiçki (Polşa)
UEFA nümayəndəsi: Oleq Xarlamov (Estoniya)
Bakı. “Bakcell Arena” stadionu