«Qəbələ» PAOK-la oyunun hazırlıqlarını davam etdirir
Xəbərlər / 15 Sentyabr 2015 | 09:56210
«Qəbələ» PAOK-la oyunun hazırlıqlarını davam etdirir

UEFA Avropa Liqasının qrup mərhələsində mübarizə aparacaq “Qəbələ” I turun PAOK-la (Yunanıstan) oyununun hazırlıqlarını davam etdirir. Topaz Premyer Liqasının IV turunun “İnter”lə sentyabrın 12-də Bakıda keçirilən oyunundan (1:2) sonra məşqlərinə ara verməyən komandamız qrupdakı ilk sınağına Qəbələdə hazırlaşır. Son matçın ertəsi bərpaedici məşqi paytaxtda gerçəkləşdirən “qırmızı-qaralar” ADBTİA stadionunda çalışıb. Dünən Qəbələdə məşq edən Roman Qriqorçukun yetirmələri bu gün də doğma stadionda hazırlıq keçəcək. Sabah baş tutacaq oyunöncəsi son məşq isə qarşılaşmanın keçiriləcəyi “Bakcell Arena”ya təsadüf edəcək.
Xatırladaq ki, “Qəbələ” – PAOK oyunu sentyabrın 17-də keçiriləcək. Qarşılaşma saat 22:00-da başlayacaq. Görüşü ispaniyalı hakimlər briqadası idarə edəcək.

UEFA Avropa Liqası
Qrup mərhələsi
C qrupu, I tur
17 sentyabr
22:00. “Qəbələ” – PAOK (Yunanıstan)
Baş hakim: Xavyer Estrada (İspaniya)
Baş hakimin köməkçiləri: Migel Martines, Teodoro Sobrino (hər ikisi İspaniya)
Əlavə köməkçi hakimlər: Alexandro Ernandes, Santyaqo Xayme (hər ikisi İspaniya)
Dördüncü hakim: Dieqo Barbero Sevilya (İspaniya)
UEFA hakim-inspektoru: Vladimir Antonov (Moldova)
Bakı. “Bakcell Arena”