«Qəbələ» paytaxta yola düşdü
Xəbərlər / 28 Mart 2014 | 11:05255
«Qəbələ» paytaxta yola düşdü

Martın 30-u Premyer Liqanın XXVIII turu çərçivəsində səfərdə "Qarabağ"la qarşılaşacaq "Qəbələ" doğma məkanda hazırlıqları tamamlayaraq  paytaxta yola düşüb. Komandanın Qəbələdə son məşqi bu gün səhər saatlarında baş tutub.  "Qırmızı-qaralar" qarşılaşma öncəsi son məşqinə sabah saat 12:00-da "Qarabağ"ın ev oyunlarını keçirdiyi Tofiq Bəhramov adına mərkəzi stadionda çıxacaq. Komanda Bakıya üç itki ilə - zədəlilər İbrahima Niasse, Nikola Valentiç və Omar Kalabanesiz  yollananıb. Digər zədəli Lorenzo Ebesilionun durumuna oyun günündə aydınlıq gələcək. Zədəsi sağalan qapıçı Dieqo Kosta Silva isə artıq kollektivə qoşulub.
Xatırladaq ki, matç martın 30-u saat 18:00-da start götürəcək və İdman Azərbaycan telekanalı vasitəsilə canlı yayımlanacaq.