«Qəbələ» paytaxtdan bir xalla dönür
Xəbərlər / 27 Sentyabr 2020 | 21:00274
«Qəbələ» paytaxtdan bir xalla dönür

“Neftçi” – “Qəbələ” – 1:1

27 sentyabr, 2020. Saat 19:00. “Dalğa Arena”, tamaşaçısız

Baş hakim: Rəhim Həsənov

Baş hakimin köməkçiləri: Namiq Hüseynov, Eyyub İbrahimov

Dördüncü hakim: Fərid Hacıyev

Hakim-inspektor: İmanxan Sultani

AFFA nümayəndəsi: Aslan Şahgəldiyev

Sarı vərəqələr: Emin Mahmudov, 56 (qeyri-idman hərəkəti); Ömər Buludov, 62 (qeyri-idman hərəkəti); Mirabdulla Abbasov, 90 (hakimin qərarına etiraz) // Merab Qiqauri, 4 (qeyri-idman hərəkəti); Rafael Utriq, 45 (qeyri-idman hərəkəti); Rövlan Muradov, 77 (oyunun bərpasının ləngidilməsi)

Qollar: Sabir Buqrin, 90+4 // Rövlan Muradov, 32

Artırılan vaxt: I hissədə 1 dəq; II hissədə 6 dəq.

 

Bu gün Azərbaycan Premyer Liqasında IV tura yekun vurulub. Turun son qarşılaşması “Dalğa Arena”da baş tutub. “Qəbələ” səfərdə “Neftçi” ilə qarşılaşıb. Baş məşqçi Elmar Baxşıyev ötən turla müqayisədə start heyətində iki dəyişiklik edib. Murad Musayev və Ülvi İsgəndərov ilk dəqiqələrdən meydana çıxıb. Onlar Asif Məmmədovla Nikolas Rayseli əvəzləyib.

Görüş qarşılıqlı hücumlarla başlayıb. “Qəbələ” ilk qol epizodunu 9-cu dəqiqədə yaradıb. Ülvi İsgəndərovun baş zərbəsi dəqiq olmayıb. Az sonra cərimə meydanında əlverişli mövqedə olan Rövlan Muradov zərbə imkanını qaçırıb. Stefan Vukçeviç də baş zərbəsi yaddaqalan olub. Oyunun 32-ci dəqiqəsində Rövlan cərimə zərbəsindən hesabı açıb. Buraxılan qoldan sonra meydan sahibləri fəallığı artırıb ki, bu da “qırmızı-qaralar”a əks-hücum imkanları yaradıb. Lakin futbolçularımız bu həmlələri dəqiq zərbə ilə tamamlaya bilməyib.

Fasilədən sonra da görüşün ssenarisi dəyişməyib. Komandalar qarşılıqlı hücumlar təşkil etsə də, qapılar önündə real qol vəziyyətləri yaratmaqda çətinlik çəkib. “Qırmızı-qaralar” əsasən standart vəziyyətlərdə daha təhlükəli olub. Anar Nəzirov da meydan sahiblərinin hesabda tarazlıq yaratmaq imkanına imkan verməyib. İcarədən sonra komandaya dönən Ceyms Ademiyi də bu görüşdə şans qazanıb. Qarşılaşmanın sonlarında zədələnən Yurgen Qoxa isə meydanı vaxtından əvvəl tərk edib. Oyuna əlavə olunmuş dəqiqələrdə paytaxt təmsilçisi bərabərlik qolu vura bilib. Beləliklə, “Qəbələ” “Neftçi” ilə səfər matçında bir xal qazanıb – 1:1.

 

“Neftçi”

30. Aqil Məmmədov

7. Namiq Ələsgərov

8. Emin Mahmudov (k)

3. Mamadu Mbodj

36. Mamadu Kane

6. Voyislav Stankoviç

10. Saman Nərimancahan

(29. Sabir Buqrin, 60)

13. Prins İbara

(22. Mirabdulla Abbasov, 74)

24. Yusuf Laval

5. Anton Krivotsyuk

26. Ömər Buludov

(2. Cabir Əmirli, 76)

 

Ehtiyat oyunçular: 

 

12. Kamran İbrahimov

19. Fəhmin Muradbəyli

91. Tallison Diaz

20. Mert Çelik

4. Rener Alves

80. İsmayıl Zülfüqarlı

27. Fərid Yusifli

40. Vüqar Həsənov

45. Əli Mürsəlov

 

Baş məşqçi: Füzuli Məmmədov

 

 

 

 

“Qəbələ”

1. Anar Nəzirov (k)

8. Qismət Alıyev

28. Murad Musayev

70. Ülvi İsgəndərov

(99. Ceyms Adeniyi, 72)

77. Merab Qiqauri

13. Yurgen Qoxa

(11. Asif Məmmədov, 83)

26. Stefan Vukçeviç

2. Vinko Medimoreç

23. Rafael Utriq

10. Rövlan Muradov

55. İdris İnqilablı

 

Ehtiyat oyunçular:

 

94. Tərlan Əhmədli

74. Yusif Nəbiyev

4. Sadiq Quliyev

7. Roman Hüseynov

9. Ehtiram Şahverdiyev

14. Cavid Hüseynov

6. Kamal Mirzəyev

22. Rodriqo Qattas

17. Yaovi Akakpo

71. Rüfət Əhmədov

 

Baş məşqçi: Elmar Baxşıyev