“Sabah” – “Qəbələ” – 1:0
16 sentyabr 2018. Saat 19:00. “Əlincə Arena”, 1200 tamaşaçı
Baş hakim: Rauf Cabbarov
Baş hakimin köməkçiləri: Elşən Acalov, Elşad Abdullayev
Dördüncü hakim: Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Seymur Səlimli
Hakim-inspektor: Murad Məmmədov
Sarı vərəqələr: Məqsəd İsayev, 45+2 (qeyri-idman hərəkəti), 75 (qeyri-idman hərəkəti); Kərim Diniyev, 70 (qeyri-idman hərəkəti); Saşa Stamenkoviç, 90+4 (oyunun bərpasını ləngitdiyinə görə) // Ceyms Adeniyi, 28 (qeyri-idman hərəkəti); Rauf Əliyev, 37 (qeyri-idman hərəkəti)
Qırmızı vərəqə: Məqsəd İsayev, 75
Qol: Marko Deviç, 23
Artırılan vaxt: I hissədə 2 dəq.; II hissədə 6 dəq.
Bu gün Topaz Premyer Liqasında IV turun növbəti oyunları keçirilir. Milli komandaların qarşılaşmaları ilə əlaqədar yaranan fasilədən sonrakı ilk turda “Qəbələ” “Sabah”la qarşılaşıb. “Qırmızı-qaralar” Premyer Liqanın debütantı ilə səfərdə görüşüb. Baş məşqçi Sənan Qurbanov ötən turun “Sumqayıt”la matçı ilə müqayisədə start heyətində üç dəyişiklik edib. 38 yaşlı mütəxəssis Bəhlul Mustafazadə, Lalavele Atakora və Elvin Camalova ilk dəqiqələrdən şans verib. Əvəzində Rasim Ramaldanov, Qismət Alıyev və Stiven Monroz “11-lik”dən kənarda qalıb.
Qarşılıqlı hücumlarla keçən ilk yarıya “Qəbələ” daha fəal başlayıb. İlk hücumu Elvin Camalov qapıya zərbəylə tamamlayıb. Az sonra Təmkin Xəlilzadənin cinahdan hava ötürməsini Rauf Əliyevlə başla yekunlaşdırsa da, qapıçı zərbəni dəf edib. Ümumiyyətlə, ilk yarıda fəal olan Təmkin hər iki cinahdan qapı önünə ötürmələr göndərməklə diqqət çəkib. Meydan sahiblərinin sürətli əks-hücumları təhlükəli olub ki, hissənin ortalarında bakılılar hesabı açıb. Çempionatın bombardiri Marko Deviç fərqlənib. Buraxılan qoldan sonra daha çox hücum edən “qırmızı-qaralar”ın bir neçə həmləsi yaddaqalan olub. İki epizodda Ürfan Abbasov qapı istiqamətində zərbə endirsə də, dəqiqlik çatmayıb. Cərimə meydanında topa yiyələnən Lalavele Atakora və cinah ötürməsini başla tamamlayan Bəhlul Mustafazadənin zərbələri isə istənilən kimi alınmayıb.
Fasilədən sonra Cavid Hüseynov meydana daxil olub. İkinci hissə “Qəbələ”nin aşkar üstünlüyü şəraitində keçib. Ardıcıl hücumlar təşkil edən komandamız dəfələrlə hesabı dəyişmək imkanı qazanıb. Təkcə Rauf Əliyev cərimə meydanı daxilindən iki dəfə çərçivəyə düşə bilməyib. Cinahlardan ötürmələri sıralayan Təmkin Xəlilzadənin fəallığı digər oyunçuların da qapını nişan alması ilə nəticələnib. Lakin Ürfan Abbasovla Sabien Lilayın zərbələri hesabın dəyişməsi üçün yetərli olmayıb. Bir neçə dəfə rəqib qapıçı, digər hallarda isə qeyri-dəqiqlik buna imkan verməyib. Albaniyalının 74-cü dəqiqədə 21 metrdən endirdiyi zərbə isə qapı tirinə tuş gəlib. Daha çox əks-hücumlar təşkil etməyə çalışan “Sabah” azlıqda qaldıqdan sonra “qırmızı-qaralar”ın hücumları daha da kəsərli alınıb. Son dəqiqələrdə Asif Məmmədovun zərbəsi müdafiəçidən dönübsə, Ürfanın topa toxunuşu istənilən kimi alınmayıb.
Beləliklə, “Qəbələ” mövsümün ikinci səfər oyunundan da xalsız dönüb – 0:1.
“Sabah”
30. Saşa Stamenkoviç
13. Filip İvanoviç
5. Kərim Diniyev
21. Novruz Məmmədov
19. Məqsəd İsayev
33. Eltun Turabov
15. Erik Ramos
7. Vitali Kvaşuk
(6. Vadim Abdullayev, 57)
8. Elşən Abdullayev
(25. Vanderson Silva, 84)
10. Cavid İmamverdiyev (k)
(11. Elgün Nəbiyev, 75)
9. Marko Deviç
Ehtiyat oyunçular:
1. Tərlan Əhmədli
88. Elçin Əsədov
14. Tural Qürbətov
3. Elvin Bədəlov
2. Ülvi İbazadə
27. Bəxtiyar Soltanov
Baş məşqçi: Elşad Əhmədov
“Qəbələ”
22. Dmitri Bezotosnı
3. Voislav Stankoviç
4. Elvin Camalov
(11. Asif Məmmədov, 70)
10. Rauf Əliyev
17. Ceyms Adeniyi
18. İlqar Qurbanov
21. Lalavele Atakora
(14. Cavid Hüseynov, 46)
27. Bəhlul Mustafazadə
(7. Roman Hüseynov, 90)
33. Təmkin Xəlilzadə
34. Urfan Abbasov (k)
88. Sabien Lilay
Ehtiyat oyunçular:
23. Aqil Məmmədov
35. Murad Popov
5. Rasim Ramaldanov
8. Qismət Alıyev
26. Faiq Hacıyev
32. Amin Seydiyev
79. Əli Sadıxov
99. Abbas Ağazadə
Baş məşqçi: Sənan Qurbanov