“Sabah” – “Qəbələ” – 3:2
7 fevral 2020. Saat 19:00. “Bank Respublika Arena”, 400 tamaşaçı
Baş hakim: Rəvan Həmzəzadə
Baş hakimin köməkçiləri: Cəmil Quliyev, Vüqar Bayramov
Dördüncü hakim: Vüqar Həsənli
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Sarı vərəqələr: Təmkin Xəlilzadə, 31 (qeyri-idman hərəkəti); Bəhlul Mustafazadə, 90 (qeyri-idman hərəkəti) // Asif Məmmədov, 28 (hakimin qərarına etiraz); Rövlan Muradov, 38 (qeyri-idman hərəkəti); Nikolas Raysel, 85 (qeyri-idman hərəkəti)
Rəsmi şəxsə göstərilən sarı vərəqə: Marko Lozo, 90+7 (hakimin qərarına etiraz)
Qollar: Marko Deviç, 19; Mario Marina, 22; Ehtiram Şahverdiyev, 64 (ö.q.) // Ülvi İsgəndərov, 5; Nikolas Raysel, 90+2 (p.)
Artırılan vaxt: I hissədə 3 dəq; II hissədə 7 dəq.
Azərbaycan Premyer Liqasında XVI tura start verilib. 2020-ci ildə ilk səfər matçına çıxan “Qəbələ” “Sabah”la qarşılaşıb. “Qırmızı-qaralar” ötən turun “Keşlə” ilə görüşü ilə müqayisədə oyuna iki dəyişikliklə başlayıb. Qismət Alıyev və Ülvi İsgəndərov start heyətində yer alıb. Onlar ilk “11-lik”də Sadiq Quliyevlə Ehtiram Şahverdiyevi əvəzləyiblər.
“Kapital Bank Arena”da keçirilən görüş qarşılıqlı hücumlarla başlayıb. “Qəbələ” 5-ci dəqiqədə erkən qolla hesabı açıb. Asif Məmmədovun sağ cinahdan ötürməsini Ülvi İsgəndərov başla yaxın küncə göndərib. Qoldan az sonra Fernan Lopezin qüvvətli zərbəsində dəqiqlik çatmayıb. Məğlub duruma düşən meydan sahibləri xeyli fəallaşaraq hissənin ortalarında ardıcıl iki qol vuraraq hesabda önə çıxıb. “Qəbələ” ardıcıl bir neçə epizodda qola yaxın olub. Ülvinin qapını tərk edən qolkiperin başının üstündən göndərdiyi top tirdən dönübsə, hücumun davamında Klesio Baukun baş zərbəsi yaddaqalan olub. İlk yarının sonlarına qədər Rövlan Muradovla Ülvinin daha bir dəfə “çərçivə”ni nişan alması rəqib qapısı önündə gərginlik yaradıb.
İkinci hissədə də matçın ssenarisi dəyişməyib. Qarşılıqlı hücumlar şəraitində davam edən 45 dəqiqə ilk yarı qədər qol epizodları ilə zəngin olmayıb. Elmar Baxşıyevin oyunda dönüş yaratmaq üçün Ehtiram Şahverdiyevlə Abdelrafik Jerarı da meydana buraxıb. Az sonra Ehtiramın baş zərbəsi dəqiq alınmayıbsa, Qismət Alıyevin yaxın məsafədən qapıya göndərdiyi top komanda yoldaşından dönüb. “Sabah” isə sürətli əks-hücum zamanı fərqi artırmağa nail olub. Qismətin sağ cinahdan hava ötürməsini qapayan Şahverdiyevin toxunuşundan sonra top tirin üstündən keçib. Matçın sonlarında hücumlarının sayını artıran “qırmızı-qaralar” bir neçə təhlükəli vəziyyət yaratmağa müvəffəq olub. Bunların birində meydan sahibləri Abdelrafik Jerarın qarşısını kobudluqla kəsib. Təyin olunan penaltini komandamızın yeni transferi Nikolas Raysel dəqiq yerinə yetirib. O, qol hesabını debüt matçında açıb. Bu qoldan sonra da hücumlarını davam etdirən “Qəbələ” bərabərlik qolunu vura bilməyərək səfərdən 2:3 hesablı məğlubiyyətlə ayrılıb.
“Sabah”
1. Saşa Stamenkoviç
27. Məqsəd İsayev
10. Cavid İmamverdiyev
(23. Amadu Diallo, 72)
19. Təmkin Xəlilzadə
4. Bəhlul Mustafazadə (k)
13. Filip İvanoviç
9. Marko Deviç
(11. Şakir Seyidov, 61)
30. Mario Marina
20. Yevgeni Koçuk
18. Xulio Sezar Rodriqez
(32. Rəşad Eyyubov, 86)
26. Ozan Can Kökcü
Ehtiyat oyunçular:
71. Dmitro Bezruk
5. Kərim Diniyev
6. Vadim Abdullayev
7. Coşqun Diniyev
77. Cavid Tağıyev
17. Məhəmməd Mirzəbəyov
2. Elçin Mustafayev
Baş məşqçi: Jelko Sopiç
“Qəbələ”
94. Tərlan Əhmədli
8. Qismət Alıyev
11. Asif Məmmədov (k)
(12. Abdelrafik Cerard, 59)
74. Yusif Nəbiyev
14. Ülvi İsgəndərov
(32. Nikolas Raysel, 67)
3. İviça Juniç
10. Klesio Bauk
77. Merab Qiqauri
21. Fernan Lopez
19. Rövlan Muradov
(9. Ehtiram Şahverdiyev, 46)
2. Amin Seydiyev
Ehtiyat oyunçular:
33. Müşfiq Nadirov
28. Murad Musayev
4. Sadiq Quliyev
7. Roman Hüseynov
17. Yaovi Akakpo
55. İdris İnqilablı
27. Samir Məhərrəmli
Baş məşqçi: Azər Bağırov