«Qəbələ» paytaxtdan xalsız dönür
Xəbərlər / 13 Sentyabr 2020 | 21:32238
«Qəbələ» paytaxtdan xalsız dönür

“Sabah” - “Qəbələ” – 3:0

13 sentyabr 2020. Saat 19:00. “Bank Respublika Arena”, tamaşaçısız

Baş hakim: Əliyar Ağayev

Baş hakimin köməkçiləri: Zeynal Zeynalov, Akif Əmirəli

Dördüncü hakim: Tural Qurbanov

Hakim-inspektor: Fariz Yusifov

AFFA nümayəndəsi: Rüfət Əmirov

Sarı vərəqələr: Mario Marina, 38 (qeyri-idman hərəkəti); Slavik Alxasov, 49, 77 (qeyri-idman hərəkəti) // Asif Məmmədov, 4 (qeyri-idman hərəkəti); Rövlan Muradov, 45+2 (qeyri-idman hərəkəti); Qismət Alıyev, 62 (qeyri-idman hərəkəti); Vinko Medimoreç, 70 (qeyri-idman hərəkəti); Yurqen Qoxa, 85 (qeyri-idman hərəkəti)

Qırmızı vərəqə: Slavik Alxasov, 77

Qollar: Coşqun Diniyev, 17; Bəhlul Mustafazadə, 28; Ramil Şeydayev, 64

Artırılan vaxt: I hissədə 2 dəq; II hissədə 3 dəq.

 

Bu gün Azərbaycan Premyer Liqasında II tura yekun vurulub. “Qəbələ” mövsümdə ilk səfər oyununu Bakıdakı “Bank Respublika Arena”da keçirib. “Qırmızı-qaralar” “Sabah”ın qonağı olub. Baş məşqçi Elmar Baxşıyev ötən turun “Zirə” ilə görüşündəki start “11-liy”ində iki dəyişiklik edib. Vinko Medimoreç və İdris İnqilablı ilk dəqiqələrdən meydana çıxıbsa, Murad Musayevlə Rüfət Əhmədov start heyətdən kənarda qalıb.

Meydan sahibləri görüşə daha fəal başlasa da, oyunun ilk dəqiqələri daha çox qarşılıqlı hücumlarla diqqət çəkib. “Qəbələ” ilk təhlükəli epizodunu 14-cü dəqiqədə yaradıb. Asif Məmmədov sağ cinahdan irəliləyərək qapıya paralel ötürmə edib. Qapı önündə bir neçə toxunuşdan sonra topa yiyələnən Nikolas Rayselin zərbəsində dəqiqlik çatmayıb. Üç dəqiqə sonra bakılılar ərazi üstünlüyünü qola çevirib – 1:0. Az keçməmiş paytaxt təmsilçisi fərqi iki topa çatdırıb ki, “qırmızı-qaralar” buna Rövlan Muradovun yaddaqalan zərbəsi ilə cavab verib. Hissənin ikinci yarısında Ülvi İsgəndərovun zərbəsi də təhlükəli alınıb. Lakin rəqib qapıçı topu dəf edə bilib.

İkinci hissəyə dəyişikliklə başlayan “Qəbələ”də Stefan Vukçeviç meydana daxil olub. Fasilədən sonra böyük qüvvə ilə hücuma atılan “qırmızı-qaralar” rəqibi təzyiq altında saxlayıb. Merab Qiqauri öncə başla, sonra uzaq zərbə ilə qapını nişan alıb. Asif Məmmədovun da zərbəsi yaddaqalan olub. İkinci yarının ilk dəqiqələrində bakılıların müdafiəçiləri də bir neçə zərbəni blok edə bilib. Nikolas Raysel ardıcıl iki epizodda hücumu qapıya zərbə ilə tamamlasa da, hesabda fərqi azaltmaq mümkün olmayıb. Hissənin ortalarında paytaxt təmsilçisi daha bir qol vurmağı bacarıb. Bu qoldan sonra görüş qarşılıqlı hücumlar şəraitində davam edib. Baxşıyev Ehtiram Şahverdiyev və Cavid Hüseynovu meydana buraxmaqla oyunun axarını dəyişməyə çalışıb. Görüşün sonlarında say üstünlüyünə yiyələnən komandamız yenidən hücumlarının sayını artırıb. Stefan Vukçeviçin cərimə meydanı daxilindən zərbəsinə rəqib qapıçı reaksiya verib. Nikolas Raysel və Qismət Alıyevin zərbələri qeyri-dəqiq olubsa, Yurgen Qoxanın başla toxunuşu istənilən kimi alınmayıb. Beləliklə, “Qəbələ” mövsümün ilk səfər oyununda paytaxtdan xalsız dönüb.

 

“Sabah”

1. Saşa Stamenkoviç (k)

19. Təmkin Xəlilzadə

(11. Ozan Can Kökcü, 55)

7. Coşqun Diniyev

(17. Məhəmməd Mirzəbəyov, 81)

4. Bəhlul Mustafazadə

90. Ramil Şeydayev

(23. Amadu Diallo, 73)

14. Slavik Alxasov

30. Mario Marina

10. Yevgeni Koçuk

18. Xulio Sezar Rodriqez

5. Nikola Vuyadinoviç

2. Amin Seydiyev

 

Ehtiyat oyunçular:

 

94. Nicat Mehbalıyev

15. Ruslan Abışov

13. Filip İvanoviç

28. Kevin Kubemba

60. Abbas Ağazadə

29. Ceyhun Nuriyev

77. Veysəl Rzayev

 

Baş məşqçi: Visente Qomez

 

“Qəbələ”

1. Anar Nəzirov (k)

8. Qismət Alıyev

11. Asif Məmmədov

(14. Cavid Hüseynov, 77)

70. Ülvi İsgəndərov

(9. Ehtiram Şahverdiyev, 70)

77. Merab Qiqauri

32. Nikolas Raysel

22. Rodriqo Qattas

(26. Stefan Vukçeviç, 46)

13. Yurgen Qoxa

2. Vinko Medimoreç

10. Rövlan Muradov

55. İdris İnqilablı

 

Ehtiyat oyunçular:

 

94. Tərlan Əhmədli

5. Rasim Ramaldanov

74. Yusif Nəbiyev

28. Murad Musayev

4. Sadiq Quliyev

7. Roman Hüseynov

17. Yaovi Akakpo

19. Samir Qurbanov

71. Rüfət Əhmədov

 

Baş məşqçi: Elmar Baxşıyev