“Qarabağ” – “Qəbələ” – 3:0
17 oktyabr 2020. Saat 16:00. “Azersun Arena”, tamaşaçısız
Baş hakim: Rəşad Əhmədov
Baş hakimin köməkçiləri: Pərvin Talıbov, Cavanşir Yusifov
Dördüncü hakim: Elçin Məsiyev
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Sarı vərəqələr: Kevin Medina, 21 (qeyri-idman hərəkəti) // Ceyms Adeniyi, 21 (qeyri-idman hərəkəti); İdris İnqilablı, 70 (qeyri-idman hərəkəti); Merab Qiqauri, 87 (qeyri-idman hərəkəti)
Qollar: Donald Qerye, 43; Patrik Andrade, 89 (p.); Toral Bayramov, 90+1
Artırılan vaxt: I hissədə 2 dəq; II hissədə 4 dəq.
Azərbaycan Premyer Liqasında VI turun ilk oyun günü başa çatıb. Milli komandaların qarşılaşmaları ilə əlaqədar fasilədən sonra ilk matçına çıxan “Qəbələ” “Qarabağ”la görüşüb. “Qırmızı-qaralar” səfər oyununa Bakıdakı “Azersun Arena”da çıxıb. Baş məşqçi Elmar Baxşıyev ötən turun “Sumqayıt”la qarşılaşması ilə (1:1) müqayisədə start heyətində üç dəyişiklik edib. Ceyms Adeniyi, Yurgen Qoxa və Faiq Hacıyev ilk dəqiqələrdən meydana çıxıb. Onlar “11-lik”də Stefan Vukçeviç, Rövlan Muradov və komandadan ayrılan Qismət Alıyevi əvəz edib.
Matçın ilk dəqiqələrindən daha fəal olan meydan sahibləri üstünlüyü ələ alıb. Təşəbbüsə yiyələnən “Qarabağ”ın hücumlarının qarşısını inamlı oyun göstərən müdafiə xətti kəsib. Bir neçə epizodda qapıçı Anar Nəzirov etibarlı çıxış edib. İdris İnqilablı isə boş qapıya gedən topun qarşısını alıb. “Qırmızı-qaralar” da ilk yarıda yaddaqalan hücumlar qurub. Künc zərbəsi zamanı Vinko Medimoreçin baş zərbəsindən sonra top qapının üstündən keçib. Asif Məmmədovun əlverişli mövqedə olan Nikolas Rayselə ötürməsi zamanı isə qapıçı legionerimizi qabaqlayıb. Qarşılaşmada hesab fasilə ərəfəsində açılıb. Ağdamlılar Donald Geryenin qolu ilə önə keçib. “Qırmızı-qaralar” dərhal status-kvonu bərpa etmək şansı qazanıb. Merab Qiqauri gözəl ötürmə ilə Ceyms Adeniyini qapıçı ilə üz-üzə qoyub. Nigeriyalı topu saxlayaraq uzaq küncə yollasa da, top dirəyin yanından ötüb.
İkinci hissədə oyunun ssenarisi dəyişməyib. “Qarabağ” daha çox hücum təşkil etsə də, komandamızın müdafiəçiləri etibarlı oynayıb. İlk yarının əvvəlində Asif Məmmədov təhlükəli nöqtədən cərimə zərbəsi endirsə də, hücum istənilən kimi başa çatmayıb. Cavid Hüseynovun kornerindən sonra Rafael Utziqin baş zərbəsi təhlükəli, lakin qeyri-dəqiq olub. Braziliyalının daha bir qol imkanının qarşısını seyvə imza atan rəqib qolkiper alıb. Matçın sonlarında Rafael daha iki yaddaqalan toxunuş etsə də, hesabı dəyişə bilməyib. Meydan sahibləri isə görüşün final fitinə qədər daha iki dəfə fərqlənib. Beləliklə, “Qəbələ” paytaxtdakı səfər oyunundan 0:3 hesablı məğlubiyyətlə ayrılıb.
“Qarabağ”
1. Şahruddin Məhəmmədəliyev
55. Bədavi Hüseynov (k)
30. Abbas Hüseynov
10. Abdullah Zubir
(27. Toral Bayramov, 90+1)
19. Filip Ozobiç
9. Xayme Romero
8. Uroş Matiç
(2. Qara Qarayev, 65)
77. Donald Qerye
81. Kevin Medina
18. İsmayıl İbrahimli
22. Musa Qurbanlı
(6. Patrik Andrade, 66)
Ehtiyat oyunçular:
12. Emil Balayev
94. Ayhan Arazlı
4. Rahil Məmmədov
44. Elvin Cəfərquliyev
Baş məşqçi: Qurban Qurbanov
“Qəbələ”
1. Anar Nəzirov (k)
11. Asif Məmmədov
(14. Cavid Hüseynov, 60)
28. Murad Musayev
99. Ceyms Adeniyi
77. Merab Qiqauri
32. Nikolas Raysel
(74. Yusif Nəbiyev, 73)
13. Yurgen Qoxa
2. Vinko Medimoreç
23. Rafael Utriq
20. Faiq Hacıyev
55. İdris İnqilablı
Ehtiyat oyunçular:
94. Tərlan Əhmədli
5. Rasim Ramaldanov
70. Ülvi İsgəndərov
4. Sadiq Quliyev
7. Roman Hüseynov
9. Ehtiram Şahverdiyev
6. Kamal Mirzəyev
22. Rodriqo Qattas
17. Yaovi Akakpo
71. Rüfət Əhmədov
Baş məşqçi: Elmar Baxşıyev