«Qəbələ» paytaxtdan xalsız dönür
Xəbərlər / 21 Yanvar 2021 | 18:13184
«Qəbələ» paytaxtdan xalsız dönür

“Zirə” – “Qəbələ” – 2:0

21 yanvar 2021. Saat 16:00. Zirə İdman Kompleksinin stadionu, tamaşaçısız

Baş hakim: Orxan Məmmədov

Baş hakimin köməkçiləri: Qəzənfər Məmmədov, Nahid Əliyev

Dördüncü hakim: Səbuhi Bayramov

Hakim-inspektor: Anar Salmanov

AFFA nümayəndəsi: Aslan Şahgəldiyev

Sarı vərəqələr: Davit Volkov, 21 (qeyri-idman hərəkəti); Qismət Alıyev, 38 (qeyri-idman hərəkəti); Elvin Camalov, 60 (qeyri-idman hərəkəti); Riçard Almeyda, 69 (tələb olunan məsafəyə riayət edilməməsi) // Rafael Utriq, 17 (qeyri-idman hərəkəti); Cavid Hüseynov, 73 (qeyri-idman hərəkəti); Vinko Medimoreç, 85 (qeyri-idman hərəkəti); Merab Qiqauri, 90+4 (hakimin qərarına etiraz)

Rəsmi şəxsə göstərilən sarı vərəqə: Rəşad Sadıqov, 69 (texniki zona qaydalarını pozduğuna görə)

Qollar: Musa Qurbanlı, 45+1; Davit Volkov, 90+4

Artırılan vaxt: I hissədə 2 dəq.; II hissədə 4 dəq.

 

Azərbaycan Premyer Liqasında 2020/21 mövsümünün ikinci hissəsi start götürüb. “Qəbələ” qış fasiləsindən sonra ilk görüşünü səfərdə keçirib. “Qırmızı-qaralar” XIV tur çərçivəsində “Zirə” ilə qarşılaşıb. Bakıda keçirilən görüş Zirə İdman Kompleksinin stadionunda baş tutub.

Baş məşqçi Elmar Baxşıyev ötən turla müqayisədə start heyətində üç dəyişiklik edib. Anar Nəzirov, Cavid Hüseynov və İdris İnqilablı ilk dəqiqələrdən meydana çıxıb. Onlar Tərlan Əhmədli, Asif Məmmədov və Murad Musayevi əvəzləyib.

Qarşılıqlı hücumlarla keçən görüşün hər hissəsində bir qol vurulub. Matçda hesab ilk yarının son dəqiqəsində açılıb. Musa Qurbanlı meydan sahiblərini hesabda önə keçirib – 1:0. İkinci hissədə “qırmızı-qaralar” bərabərlik qolu vurmaq üçün çalışsa da, komandamızın səyləri bəhrəsini verməyib. Oyunda hesab yalnız uzatma dəqiqələrində dəyişib. Davit Volkov paytaxt təmsilçisinin ikinci qoluna imza atıb. Beləliklə, Bakıdakı qarşılaşmada 0:2 hesabı ilə uduzan “Qəbələ” 2021-ci ilin ilk matçından xalsız ayrılıb.

 

“Zirə”

1. Mateus Albino

8. İlkin Muradov

(21. Hacıağa Hacılı, 68)

4. Elvin Camalov (k)

2. Sərtan Taşkın

32. Qismət Alıyev

30. Riçard Almeyda

9. Davit Volkov

11. Klesio Bauk

12. Lazar Corceviç

29. Musa Qurbanlı

(91. Ruslan Qurbanov, 70)

77. Cəlal Hüseynov

 

Ehtiyat oyunçular:

 

22. Rəşad Əzizli

62. Abdulla Seyidəhmədov

13. Şəhriyar Rəhimov

5. Kərim Diniyev

3. Ali Sisey

7. Tural Bayramlı

20. Əli Şirinov

27. Tamerlan Burcəliyev

6. Ayxan Süleymanlı

 

Baş məşqçi: Rəşad Sadıqov

 

“Qəbələ”

1. Anar Nəzirov (k)

70. Ülvi İsgəndərov

(10. Rövlan Muradov, 46)

14. Cavid Hüseynov

(9. Ehtiram Şahverdiyev, 90+1)

77. Merab Qiqauri

32. Nikolas Raysel

13. Yurgen Qoxa

26. Stefan Vukçeviç

(99. Ceyms Adeniyi, 65)

2. Vinko Medimoreç

23. Rafael Utriq

55. İdris İnqilablı

71. Rüfət Əhmədov

 

Ehtiyat oyunçular:

 

94. Tərlan Əhmədli

5. Rasim Ramaldanov

74. Yusif Nəbiyev

28. Murad Musayev

4. Sadiq Quliyev

7. Roman Hüseynov

17. Yaovi Akakpo

20. Faiq Hacıyev

 

Baş məşqçi: Elmar Baxşıyev