«Qəbələ» paytaxtdan xalsız dönür
Xəbərlər / 2 Mart 2021 | 20:16143
«Qəbələ» paytaxtdan xalsız dönür

“Qarabağ” – “Qəbələ” – 3:0

2 mart 2021. Saat 18:15. “Azersun Arena”, tamaşaçısız

Baş hakim: Kamal Umudlu

Baş hakimin köməkçiləri: Kamran Bayramov, Eyyub İbrahimov

Dördüncü hakim: Rövşən Rəcəbov

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Mübariz Hüseynov

Sarı vərəqələr: Yusif Nəbiyev, 14 (qeyri-idman hərəkəti); Anar Nəzirov, 33 (qeyri-idman hərəkəti); Merab Qiqauri, 90+1 (qeyri-idman hərəkəti)

Qollar: Filip Ozobiç, 22, 34 (p.); Mahir Emreli, 38

Artırılan vaxt: I hissədə 2 dəq; II hissədə 5 dəq.

 

Azərbaycan Premyer Liqasında XVIII tura start verilib. “Qəbələ” turun ilk günündə “Qarabağ”la qarşılaşıb. “Qırmızı-qaralar” səfər matçına ötən turla müqayisədə üç dəyişikliklə başlayıb. Yusif Nəbiyev, Vinko Medimoreç və Rövlan Muradov start heyətində yer alıb. Onlar Asif Məmmədov, Ehtiram Şahverdiyev və Rafael Utriqi əvəzləyib.

Görüş meydan sahiblərinin üstünlüyü şəraitində keçib. Təşəbbüsə yiyələnən ağdamlılar hissənin ortalarında hesabı açıb. Filip Ozobiç fərqlənib. Az sonra xorvatiyalı yarımmüdafiəçi fərqi iki topa çatdırıb. Ağdam təmsilçisinin üçüncü qoluna çempionatın bombardiri Mahir Emreli imza atıb.

Qarşılaşmanın ikinci hissəsində də oyunun ssenarisi dəyişməyib. “Qarabağ” üstünlüyə malik olsa da, “qırmızı-qaralar” müdafiədə etibarlı oynayıb. Bir neçə dəfə Anar Nəzirov hesabın dəyişməsinə əngəl olub. Beləliklə, səfər matçında 0:3 hesabı ilə uduzan “Qəbələ” paytaxtdan xalsız dönür.

 

“Qarabağ”

1. Şahruddin Məhəmmədəliyev

5. Maksim Medvedev (k)

2. Qara Qarayev

(7. Kvabena Ovusu, 74)

55. Bədavi Hüseynov

11. Mahir Emreli

30. Abbas Hüseynov

(27. Toral Bayramov, 63)

10. Abdullah Zubir

19. Filip Ozobiç

(8. Uroş Matiç, 68)

9. Xayme Romero

6. Patrik Andrade

44. Elvin Cəfərquliyev

 

Ehtiyat oyunçular:

 

12. Emil Balayev

94. Ayhan Arazlı

18. İsmayıl İbrahimli

21. Rauf Hüseynli

29. Zamiq Əliyev

 

Baş məşqçi: Qurban Qurbanov

 

“Qəbələ”

1. Anar Nəzirov (k)

74. Yusif Nəbiyev

(7. Roman Hüseynov, 81)

28. Murad Musayev

99. Ceyms Adeniyi

77. Merab Qiqauri

32. Nikolas Raysel

13. Yurgen Qoxa

(9. Ehtiram Şahverdiyev, 63)

26. Stefan Vukçeviç

2. Vinko Medimoreç

10. Rövlan Muradov

(70. Ülvi İsgəndərov, 66)

71. Rüfət Əhmədov

 

Ehtiyat oyunçular:

 

94. Tərlan Əhmədli

11. Asif Məmmədov

5. Rasim Ramaldanov

4. Sadiq Quliyev

17. Yaovi Akakpo

20. Faiq Hacıyev

55. İdris İnqilablı

 

Baş məşqçi: Elmar Baxşıyev