“Sabah” – “Qəbələ” – 1:0
4 aprel 2021. Saat 17:30. “Bank Respublika Arena”, tamaşaçısız
Baş hakim: Rəhim Həsənov
Baş hakimin köməkçiləri: Namiq Hüseynov, Eyyub İbrahimov
Dördüncü hakim: Kamranbəy Rəhimov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Sarı vərəqələr: Mario Marina, 30 (qeyri-idman hərəkəti); Aleksey İsayev, 35 (qeyri-idman hərəkəti); Filip İvanoviç, 67 (qeyri-idman hərəkəti); Bəhlul Mustafazadə, 84 (qeyri-idman hərəkəti) // Rüfət Əhmədov, 27 (qeyri-idman hərəkəti); Ehtiram Şahverdiyev, 90+1 (qeyri-idman hərəkəti); Murad Musayev, 90+1 (hakimin qərarına etiraz); Anar Nəzirov, 90+2 (hakimin qərarına etiraz); Asif Məmmədov, 90+4 (qeyri-idman hərəkəti)
Qol: Ramil Şeydayev, 45+1
Artırılan vaxt: I hissədə 1 dəq; II hissədə 6 dəq.
Azərbaycan Premyer Liqasında milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə başa çatıb. XXI turun bugünkü qarşılaşmaları ilə III dövrəyə yekun vurulacaq. “Qəbələ” səfərdə “Sabah”la qarşılaşıb. “Qırmızı-qaralar” səfər matçına ötən turla müqayisədə üç dəyişikliklə çıxıb. Yusif Nəbiyev, Merab Qiqauri və İdris İnqilablı start “11-liy”ində yer alıb. Onlar Ehtiram Şahverdiyev, Cavid Hüseynov və Rüfət Əhmədovu əvəzləyib.
Görüş Bakıdakı “Bank Respublika Arena” stadionunda təşkil olunub. Komandalar ilk dəqiqələrdən qarşılıqlı hücumlara üstünlük verib. Hər iki tərəf rəqib qapısı önündə təhlükəli vəziyyətlər yaratmağa müvəffəq olub. Lakin hesab yalnız fasilə ərəfəsində açılıb. Paytaxt təmsilçisi uzatma dəqiqəsində qol sevinci yaşayıb.
Qarşılaşmanın ikinci hissəsində də oyunun ssenarisi dəyişməyib. Rəqiblər sürətli hücumlarla rəqib qapısı önündə təhlükəli vəziyyətlər yaradıb. Lakin hər iki komandanın müdafiə xətti etibarlı oyunu diqqət çəkib. Bir neçə epizodda isə qapıçıların hesabın dəyişməsinə mane olub. Beləliklə, ilk yarıda vurulan qol meydan sahiblərinə minimalhesablı qələbə qazandırıb. “Qəbələ” isə paytaxtdan xalsız dönüb.
“Sabah”
1. Saşa Stamenkoviç
19. Təmkin Xəlilzadə
4. Bəhlul Mustafazadə (k)
90. Ramil Şeydayev
10. Aleksey İsayev
13. Filip İvanoviç
28. Kevin Kubemba
(26. Fofana Tiemoko, 75)
30. Mario Marina
(48. Dmitro Klots, 81)
9. Xulio Sezar Rodriqez
(23. Amadu Diallo, 67)
3. Zurab Oçiqava
6. Şakir Seyidov
Ehtiyat oyunçular:
12. Alvaro Villete
94. Nicat Mehbalıyev
7. Coşqun Diniyev
15. Ruslan Abışov
17. Məhəmməd Mirzəbəyov
14. Slavik Alxasov
2. Amin Seydiyev
33. Camal Cəfərov
77. Veysəl Rzayev
Baş məşqçi: Ramin Quliyev
“Qəbələ”
1. Anar Nəzirov (k)
11. Asif Məmmədov
28. Murad Musayev
9. Ehtiram Şahverdiyev
14. Cavid Hüseynov
(10. Rövlan Muradov, 63)
99. Ceyms Adeniyi
(74. Yusif Nəbiyev, 87)
32. Nikolas Raysel
(70. Ülvi İsgəndərov, 46)
26. Stefan Vukçeviç
2. Vinko Medimoreç
23. Rafael Utriq
71. Rüfət Əhmədov
Ehtiyat oyunçular:
94. Tərlan Əhmədli
5. Rasim Ramaldanov
4. Sadiq Quliyev
7. Roman Hüseynov
6. Kamal Mirzəyev
17. Yaovi Akakpo
20. Faiq Hacıyev
55. İdris İnqilablı
Baş məşqçi: Elmar Baxşıyev