«Qəbələ» paytaxtdan xalsız dönür
Xəbərlər / 19 May 2021 | 20:05189
«Qəbələ» paytaxtdan xalsız dönür

“Keşlə” – “Qəbələ” – 3:1

19 may 2021. Saat 18:00. “ASK Arena”, tamaşaçısız

Baş hakim: Rəvan Həmzəzadə

Baş hakimin köməkçiləri: Cəmil Quliyev, Rahil Ramazanov

Dördüncü hakim: Fərid Hacıyev

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: Seymur Səlimli

Sarı vərəqələr: Vüsal İsgəndərli, 28 (qeyri-idman hərəkəti); Sadio Tonkara, 35 (qeyri-idman hərəkəti); Şəhriyar Əliyev, 40 (qeyri-idman hərəkəti); İlkin Qırtımov, 90+6 (oyunun bərpasının ləngidilməsi) // Stefan Vukçeviç, 30 (qeyri-idman hərəkəti); Murad Musayev, 69 (qeyri-idman hərəkəti)

Rəsmi şəxslərə göstərilən sarı vərəqələr: Kaml Quliyev, 77 (hakimin qərarına etiraz) // Vüqar Məmmədov, 90+4 (hakimin qərarına etiraz)

Qırmızı vərəqə: Sezar Meza Kolli, 75 (ciddi qayda pozuntusu)

Qollar: Şəhriyar Əliyev, 15; Silvio Rodriqes, 16; Vüsal İsgəndərli, 90+1 // Ceyms Adeniyi, 26

Artırılan vaxt: I hissədə - 3 dəq; II hissədə - 7 dəq.

 

Bu gün Azərbaycan Premyer Liqasında 2020/21 mövsümünə yekun vurulacaq. Çempionatın sonuncu - XXVIII turu üç oyunla start götürüb. “Qəbələ” mövsümdəki son matçında “Keşlə” ilə görüşüb. “Qırmızı-qaralar” çempionata Bakıda yekun vurub.

Baş məşqçi Elmar Baxşıyev ötən turla müqayisədə start heyətində iki dəyişiklik edib. Murad Musayevlə Merab Qiqauri “ASK Arena”dakı matça ilk dəqiqələrdən çıxıb. Onlar Yurgen Qoxa ilə Rövlan Muradovu əvəzləyib.

Qarşılıqlı hücumlarla keçən görüşün taleyi ilk 45 dəqiqədə həll olunub. Belə ki, matçdakı hər üç top fasiləyədək vurulub. Öncə paytaxt təmsilçisi 2 dəqiqəyə iki qola imza atıb. Şəhriyar Əliyevlə Silvio Rodriges bakılıları hesabda önə çıxarıb. 

Hissənin ortalarında fəallığı daha da artıran “Qəbələ” bu qollardan birinin əvəzini çıxıb. Ceyms Adeniyi meydan sahiblərinin qapısına yol tapıb. Bu qoldan sonra hesabda tarazlıq yaratmağa çalışan “qırmızı-qaralar” rəqib qapısına yol tapa bilməyib.

Görüşün ikinci yarısında da oyunun ssenarisi dəyişməyib. Qarşılıqlı hücumlar təşkil edən rəqiblər hesabı dəyişməyə çalışsa da, istəyinə çatmayıb. Bir neçə təhlükəli hücum quran “qırmızı-qaralar” səfərdən xalla dönmək üçün lazım olan qolu vura bilməyib. Meydan sahibləri isə qarşılaşmanın sonlarında daha bir dəfə fərqlənərək fərqi iki topa çatdırıb. Beləliklə, mövsümün son oyununda 1:3 hesabı ilə uduzan “Qəbələ” paytaxtdan xalsız dönüb. “Qırmzı-qaralar” mövsümü 26 xalla 7-ci pillədə başa vurub.

 

“Keşlə”

1. Stanislav Namaşko

17. Vüsal İsgəndərli

2. İlkin Qırtımov (k)

4. Şəhriyar Əliyev

23. Nicat Qurbanov

(10. Sezar Meza Kolli, 62)

21. Miyusko Boyoviç

11. Silvio Rodriqes

(7. Rəhman Hacıyev, 46)

91. Sadio Tonkara

9. Anatole Abanq

(25. Con Kamara, 83)

99. Rafael Məhərrəmli

14. Turan Vəlizadə

 

Ehtiyat oyunçular:

 

85. Kamal Bayramov

3. Tərlan Quliyev

18. Ruslan Əmircanov

19. Azər Salahlı

20. Rail Məlikov

29. Yevgeni Koçuk

22. Elçin Mustafayev

79. Bahadur Həziyev

 

Baş məşqçi: Sənan Qurbanov

 

“Qəbələ”

94. Tərlan Əhmədli

11. Asif Məmmədov (k)

28. Murad Musayev

(4. Sadiq Quliyev, 72)

9. Ehtiram Şahverdiyev

99. Ceyms Adeniyi

(70. Ülvi İsgəndərov, 46)

77. Merabi Qiqauri

(14. Cavid Hüseynov, 54)

32. Nikolas Raysel

26. Stefan Vukçeviç

2. Vinko Medimoreç

23. Rafael Utriq

71. Rüfət Əhmədov

 

Ehtiyat oyunçular:

 

1. Anar Nəzirov

74. Yusif Nəbiyev

7. Roman Hüseynov

6. Kamal Mirzəyev

10. Rövlan Muradov

17. Yaovi Akakpo

20. Faiq Hacıyev

55. İdris İnqilablı

88. Gülağa Əsədov

 

Baş məşqçi: Elmar Baxşıyev