“Qarabağ” – “Qəbələ” – 2:0
3 oktyabr 2021. Saat 19:00. “Azersun Arena”, 1600 tamaşaçı
Baş hakim: Əliyar Ağayev
Baş hakimin köməkçiləri: Zeynal Zeynalov, Akif Əmirəli
Dördüncü hakim: Kamal Umudlu
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Sarı vərəqələr: Məqsəd İsayev, 28 (qeyri-idman hərəkəti); Ülvi İsgəndərov, 90+2 (hakimin qərarına etiraz)
Qollar: Abdullah Zubir, 52; Ramil Şeydayev, 66
Artırılan vaxt: I hissədə 1 dəq; II hissədə 3 dəq.
Azərbaycan Premyer Liqasında VI tur başa çatıb. Turun son görüşü “Azersun Arena”da baş tutub. Çempionatın liderləri “Qəbələ” və “Qarabağ” sonuncuların meydanında üz-üzə gəlib. Baş məşqçi Elmar Baxşıyev Ağdam klubu ilə görüşə ötən turdakı start “11-liy”ini buraxıb.
Görüşə meydan sahibləri daha fəal başlayıb. Ardıcıl hücumlar edən “Qarabağ” “Qəbələ”nin müdafiə xəttini təzyiq altında saxlamağa çalışıb. Lakin arxa xətdə etibarlı oynayan “qırmızı-qaralar” rəqibə çox sayda real qol imkanları yaratmaq imkanı verməyib. Nadir təhlükələrdən birində Nicat Mehbalıyev onunla üz-üzə qalan Ramil Şeydayevin zərbəsini dəf edib. Oyunu əks-hücumlar üzərində quran “Qəbələ” də bir neçə təhlükə yarada bilib. Rafael Utziqin cərimə meydanı xaricindən zərbəsində dəqiqlik çatmayıb. Fasiləyə 4 dəqiqə qalmış qonaqlar hesabı açmağa yaxın olsa da, qapıya paralel ötürməni futbolçularımızdan heç biri qapaya bilməyib.
İkinci hissəyə fəal başlayan “Qəbələ” ardıcıl bir neçə hücum təşkil edib. Lakin hesabı meydan sahibləri açıblar. Abdullah Zubir fərqlənib. Qarşılıqlı hücumlarla davam edən görüşdə “qırmızı-qaralar” bir neçə dəfə hesabda tarazlıq yaratmaq imkanı qazanıb. Lakin Rafael Utziq əlverişli mövqedən qapını nişan ala bilməyib, Ülvi İsgəndərovun cərimə zərbəsi isə alınmayıb. Ağdamlılar hissənin ortalarında Ramil Şeydayevin qolu ilə fərqi iki topa çatdırıb. İkinci topdan sonra oyun meydan sahiblərinin üstünlüyü ilə davam edib. Lakin komandamız da fərqlənmək üçün imkan əldə edib. Rafael Utziqin zərbəsini rəqib qolkiper dəf edib. Ağdamlıların fərqi artırmasına isə müdafiəçilərin inamlı oyunu mane olub. Beləliklə, paytaxtdan 0:2 hesablı yenilgi ilə dönən “qırmızı-qaralar” mövsümdə ilk məğlubiyyətini alıb. Xatırladaq ki, bu turdan sonra Premyer Liqada milli komandaların oyunları ilə əlaqədar fasilə yaranıb. I dövrənin sonuncu turu oktyabrın 16-17-də keçiriləcək.
“Qarabağ”
12. Emil Balayev (k)
77. Ramil Şeydayev
7. Riçard Almeyda
13. Bəhlul Mustafazadə
81. Kevin Medina
6. Patrik Andrade
17. Qaspar Panadero
(10. Abdullah Zubir, 46)
29. Marko Veşoviç
20. Kadi Borqes
(2. Qara Qarayev, 85)
27. Toral Bayramov
22. Musa Qurbanlı
(19. Filip Ozobiç, 46)
Ehtiyat oyunçular:
1. Şahruddin Məhəmmədəliyev
94. Ayhan Arazlı
5. Maksim Medvedev
30. Abbas Hüseynov
4. Rahil Məmmədov
25. Vadji İbrahima
28. Hüseyn Hüseynzadə
83. Nihad Quliyev
Baş məşqçi: Qurban Qurbanov
“Qəbələ”
94. Nicat Mehbalıyev
19. Rövlan Muradov
(14. Ülvi İsgəndərov, 55)
11. Asif Məmmədov (k)
(6. Kamal Mirzəyev, 83)
28. Murad Musayev
27. Məqsəd İsayev
34. Urfan Abbasov
8. Stefan Vukçeviç
23. Rafael Utziq
5. İsnik Alimi
4. Ruan Renato
10. Omar Hani
(7. Ehtiram Şahverdiyev, 73)
Ehtiyat oyunçular:
1. Kristof Atanqana
36. Elməddin Sultanov
77. Emil Səfərov
20. Rauf Rüstəmli
33. Hüseyn Mürsəlov
Baş məşqçi: Elmar Baxşıyev