«Qəbələ» paytaxtdan xalsız dönür
Xəbərlər / 8 Fevral 2022 | 19:30169
«Qəbələ» paytaxtdan xalsız dönür

“Sabah” – “Qəbələ” – 3:0

8 fevral 2022. Saat 17:00. “Bank Respublika Arena”, 300 tamaşaçı

Baş hakim: Elçin Məsiyev

Baş hakimin köməkçiləri: Elşad Abdullayev, Cavanşir Yusifov

Dördüncü hakim: Tural Qurbanov

Hakim-inspektor: Anar Salmanov

AFFA nümayəndəsi: Əsgər Əmirəliyev

Sarı vərəqələr: Zurab Oçiqava, 46 (qeyri-idman hərəkəti); Bəxtiyar Həsənalızadə, 85 (qeyri-idman hərəkəti); Xulio Sezar Rodrigez, 90+3 (qeyri-idman hərəkəti) // Fernan Lopes, 40 (qeyri-idman hərəkəti)

Rəsmi şəxslərə göstərilən sarı vərəqələr (“Qəbələ”): Rasim Ramaldanov, 69 (texniki zona qaydalarını pozduğuna görə); Elmar Baxşıyev, 69 (hakimin qərarına etiraz)

Qollar: Coy-Lens Mikels, 38; Xuan Kamara, 41; Xulio Sezar Rodrigez, 76

Artırılan vaxt: I hissədə 5 dəq; II hissədə 4 dəq.

 

Azərbaycan Premyer Liqasında XV turun ikinci oyun gününə start verilib. “Qəbələ” mövsümün ikinci yarısındakı ilk çempionat matçına səfərdə çıxıb. Elmar Baxşıyevin yetirmələri “Sabah”ın qonağı olub.

Görüşün əvvəlində meydan sahibləri topa nəzarəti ələ alsalar da, “qırmızı-qaralar”ın sürətli əks-hücumları daha yaddaqalan olub. Komandamız matçın əvvəlində hesabı açmaq üçün bir neçə imkan əldə edib. Lakin “Qəbələ” futbolçuları bu imkanlardan yararlana bilməyib. Epizodların birində Fernan Lopes əlverişli mövqedən yararlanmayıb. İlk yarının gedişində qonaqlar oyunun axarını bərabərləşdirib və görüş qarşılıqlı hücumlarla davam edib. Matçın taleyi ilk yarının sonlarında həll olunub. Bakı klubu qısa müddətdə iki qol vurub.

Fasilədən sonra “qırmızı-qaralar” oyunda dönüş yaratmağa çalışıb. Lakin hücumları məntiqi sonluğa çatdırmaq mümkün olmayıb. Qarşılılıqlı hücumlarla keçən dəqiqələrdə paytaxt təmsilçisi fərqi üç topa çatdırıb. Bundan sonra da hər iki komanda hücumlarını davam etdirsə də, hesab dəyişməyib. Beləliklə, “Qəbələ” paytaxtdan xalsız ayrılıb.

 

 “Sabah”

1. Səlahət Ağayev (k)

14. Slavik Alxasov

2. Amin Seydiyev

10. Aleksey İsayev

34. Bəxtiyar Həsənalızadə

4. Elvin Camalov

9. Xulio Sezar Rodriqez

3. Zurab Oçiqava

20. Coy-Lens Mikels

(26. Fofana Tiemoko, 74)

17. Xuan Kamara

(66. Abdulax Xaibulaev, 77)

29. Ceyhun Nuriyev

(19. Kamran Quliyev, 85)

 

Ehtiyat oyunçular:

 

97. Aleksandr Neçayev

32. Rustam Samigullin

24. Mixeil Erqemlidze

55. Şpiro Periçiç

15. Kristian da Silva

99. Hiqor Qabriel

8. Şakir Seyidov

21. İldar Alekperov

33. Camal Cəfərov

 

Baş məşqçi: Murad Musayev

 

“Qəbələ”

94. Nicat Mehbalıyev

19. Rövlan Muradov

11. Asif Məmmədov (k)

(14. Ülvi İsgəndərov, 74)

28. Murad Musayev

7. Ehtiram Şahverdiyev

27. Məqsəd İsayev

8. Stefan Vukçeviç

23. Rafael Utziq

5. İsnik Alimi

10. Omar Hani

(24. Patrik Robson, 46)

9. Fernan Lopes

 

Ehtiyat oyunçular:

 

1. Kristof Atanqana

36. Elməddin Sultanov

6. Kamal Mirzəyev

2. Samet Karakoç

77. Emil Səfərov

18. Mehrac Baxşalı

20. Rauf Rüstəmli

33. Hüseyn Mürsəlov

 

Baş məşqçi: Elmar Baxşıyev