“Qarabağ” – “Qəbələ” – 5:1
6 mart 2022. Saat 19:15. “Azersun Arena”, 700 tamaşaçı
Baş hakim: Elçin Məsiyev
Baş hakimin köməkçiləri: Elşad Abdullayev, Pərvin Talıbov
Dördüncü hakim: Nicat İsmayıllı
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Sarı vərəqələr: Kadi Borqes, 22 (qeyri-idman hərəkəti); Kevin Medina, 39 (qeyri-idman hərəkəti); Qara Qarayev, 54 (qeyri-idman hərəkəti) // Stefan Vukçeviç, 45+1 (qeyri-idman hərəkəti); Rafael Utziq, 74 (qeyri-idman hərəkəti)
Qollar: Kadi Borqes, 16; Vadji İbrahima, 51; Kevin Medina, 65; Filip Ozobiç, 68; Abdullah Zubir, 89 // İsnik Alimi, 40 (p.)
Artırılan vaxt: I hissədə 3 dəq; II hissədə 3 dəq.
Bu gün Azərbaycan Premyer Liqasında XVIII tura yekun vurulub. Turun son matçında “Qəbələ” “Qarabağ”ın rəqibi olub. “Qırmızı-qaralar” meydana ötən turdakı “11-lik”lə çıxıb. Baş məşqçi Elmar Baxşıyev start heyətində dəyişiklik etməyib.
Oyuna “Qəbələ” daha fəal başlayıb. İlk təhlükə də “qırmızı-qaralar”dan gəlib. Rövlan Muradovun cərimə zərbəsindən sonra top tirdən dönüb. 4-cü dəqiqədə zədələnən Omar Hani bir müddət meydanda qalsa da, 2 dəqiqədən sonra əvəzlənməli olub. Bundan sonra oyunu bərabərləşdirən ağdamlılar Kadi Borqesin qolu ilə hesabı açıb. Qarşılıqlı hücumlarla davam edən ilk yarıda hesab fasiləyə az qalmış dəyişib. İsnik Alimi özü qazandığı penaltini qola çevirib – 1:1.
İkinci hissəyə meydan sahibləri fəal başlayıb. Bu, İbrahima Vadjinin hesabı dəyişməsi ilə nəticələnib. “Qırmızı-qaralar” oyunda dönüş yaratmağa çalışsa da, çempionatın lideri təşəbbüsü əldən verməyib. Nicat Mehbalıyev bir neçə dəfə komandamızı qoldan xilas etsə də, daha üç top vuran meydan sahibləri 5:1 hesablı qələbə qazanıb. Beləliklə, “Qəbələ” paytaxt səfərindən xalsız dönüb.
“Qarabağ”
23. Luka Quqeşaşvili
5. Maksim Medvedev (k)
2. Qara Qarayev
30. Abbas Hüseynov
18. İsmayıl İbrahimli
(19. Filip Ozobiç, 46)
10. Abdullah Zubir
81. Kevin Medina
6. Patrik Andrade
20. Kadi Borqes
(77. Ramil Şeydayev, 76)
25. Vadji İbrahima
(22. Musa Qurbanlı, 82)
27. Toral Bayramov
Ehtiyat oyunçular:
89. Amin Ramazanov
94. Ayhan Arazlı
55. Bədavi Hüseynov
7. Riçard Almeyda
13. Bəhlul Mustafazadə
29. Marko Veşoviç
15. Leandro Andrade
44. Elvin Cəfərquliyev
97. Rüstəm Əhmədzadə
Baş məşqçi: Qurban Qurbanov
“Qəbələ”
94. Nicat Mehbalıyev
19. Rövlan Muradov
(24. Patrik Robson, 61)
28. Murad Musayev
27. Məqsəd İsayev
34. Urfan Abbasov (k)
8. Stefan Vukçeviç
23. Rafael Utziq
5. İsnik Alimi
4. Ruan Renato
10. Omar Hani
(14. Ülvi İsgəndərov, 9)
9. Fernan Lopes
(11. Asif Məmmədov, 63)
Ehtiyat oyunçular:
1. Kristof Atanqana
36. Elməddin Sultanov
7. Ehtiram Şahverdiyev
6. Kamal Mirzəyev
2. Samet Karakoç
77. Emil Səfərov
18. Mehrac Baxşalı
20. Rauf Rüstəmli
33. Hüseyn Mürsəlov
Baş məşqçi: Elmar Baxşıyev