«Qəbələ» paytaxtdan xalsız dönür
Xəbərlər / 18 Mart 2022 | 21:41215
«Qəbələ» paytaxtdan xalsız dönür

“Neftçi” – “Qəbələ” – 4:0

18 mart 2022. Saat 19:37. “Bakcell Arena”, 850 tamaşaçı

Baş hakim: Elçin Məsiyev

Baş hakimin köməkçiləri: Elşad Abdullayev, Pərvin Talıbov

Dördüncü hakim: Rauf Allahverdiyev

Hakim-inspektor: Munis Abdullayev

AFFA nümayəndəsi: Seymur Səlimli

Sarı vərəqələr: Eddi İsrafilov, 47 (qeyri-idman hərəkəti); Voyislav Stankoviç, 69 (qeyri-idman hərəkəti) // Stefan Vukçeviç, 46 (qeyri-idman hərəkəti); İsnik Alimi, 69 (qeyri-idman hərəkəti)

Rəsmi şəxsə göstərilən sarı vərəqə ("Qəbələ"): Xaqani Məmmədov, 69 (texniki zona qaydalarını pozduğuna görə)

Qollar: Eddi İsrafilov, 6, 90+5; Mamadu Mbodj, 17; Gilyerme Pato, 82

Artırılan vaxt: I hissədə yoxdur; II hissədə 6 dəq.

 

Azərbaycan Premyer Liqasında XX tura start verilib. “Qəbələ” milli komandaların oyunları ilə əlaqədar fasilə ərəfəsində “Neftçi” ilə görüşüb. “Qırmızı-qaralar” bu qarşılaşmanı səfərdə keçirib. Baş məşqçi Elmar Baxşıyev ötən turla müqayisədə start heyətində heç bir dəyişiklik etməyib.

Matç qarşılıqlı hücumlarla başlayıb. Belə həmlələrin birində bakılılar Eddi İsrafilovun qolu ilə hesabı açıb. Buraxılan qoldan sonra fəallığı artıran “Qəbələ” ardıcıl hücumlar təşkil edib. Lakin meydan sahibləri əks-hücum zamanı Mamadu Mbodjun qolu ilə fərqi artırıb. Fasiləyədək fərqi minimuma endirmək üçün hücumlar quran “qırmızı-qaralar” bir neçə qol imkanını qaçırıb. Patrik Robson rəqib qapıçı ilə təkbətək çıxdığı epizoddan yararlana bilməyib.

İkinci hissədə də “Qəbələ” topa daha çox nəzarət edib. Lakin komandamız bir neçə dəfə təhlükəli epizod yaratsa da, son nöqtəni qoymaqda çətinlik çəkib. Sürətli hücumları yaddaqalan alınan paytaxt təmsilçisi fərqi artırmağa nail olub. Bir neçə dəfə müdafiəçilər və qapıçı hesabın dəyişməsinə mane olsa da, Gilyerme Pato və Eddi İsrafilovun fərqlənməsinin qarşısını ala bilməyib. Beləliklə, “Qəbələ” paytaxtdakı səfər oyunundan 0:4 hesablı məğlubiyyətlə ayrılıb.

 

“Neftçi”

1. İvan Brkiç

26. Ömər Buludov

8. Emin Mahmudov (k)

19. Azər Salahlı

14. Eddi İsrafilov

3. Mamadu Mbodj

6. Voyislav Stankoviç

24. Yusuf Laval

(77. Gilyerme Pato, 69)

10. Sezar Meza Kolli

(7. Azər Əliyev, 69)

91. Ramon Maçado

27. Fərid Yusifli

(37. Vüsal Əsgərov, 83)

 

Ehtiyat oyunçular:

 

12. Kamran İbrahimov

93. Rza Cəfərov

4. Huqo Basto

9. Tiaqo Bezerra

21. İsmayıl Zülfüqarlı

73. Ramin Nəsirli

82. Rüfət Abbasov

 

Baş məşqçi: Samir Abasov

 

“Qəbələ”

94. Nicat Mehbalıyev

19. Rövlan Muradov

(77. Emil Səfərov, 77)

28. Murad Musayev

27. Məqsəd İsayev

34. Urfan Abbasov (k)

8. Stefan Vukçeviç

(14. Ülvi İsgəndərov, 66)

23. Rafael Utziq

5. İsnik Alimi

4. Ruan Renato

9. Fernan Lopes

24. Patrik Robson

(11. Asif Məmmədov, 46)

 

Ehtiyat oyunçular:

 

1. Kristof Atanqana

36. Elməddin Sultanov

7. Ehtiram Şahverdiyev

6. Kamal Mirzəyev

12. Rüfət Əhmədov

2. Samet Karakoç

33. Hüseyn Mürsəlov

 

Baş məşqçi: Elmar Baxşıyev