“Səbail” – “Qəbələ” – 3:0
10 aprel 2022. Saat 20:30. “ASCO Arena”, 150 tamaşaçı
Baş hakim: Vüqar Həsənli
Baş hakimin köməkçiləri: Cəmil Quliyev, Rəhman İmami
Dördüncü hakim: Rəvan Həmzəzadə
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Sarı vərəqələr: Domantas Şimkus, 87 (qeyri-idman hərəkəti) //İsnik Alimi, 66 (qeyri-idman hərəkəti); Rüfət Əhmədov, 67 (hakimin qərarına etiraz); Asif Məmmədov, 68 (hakimin qərarına etiraz)
Qollar: Adil Nağıyev, 41; Nikolas Raysel, 68; İbrahim Aslanlı, 73
Artırılan vaxt: I hissədə 4 dəq; II hissədə 4 dəq.
Bu gün Premyer Liqada XXII tura yekun vurulub. Turun son qarşılaşması “ASCO Arena”da baş tutub. “Qəbələ” IV dövrədəki ilk matçında “Səbail”in qonağı olub.
“Qırmızı-qaralar” ötən turla müqayisədə matça iki dəyişikliklə başlayıb. Ruan Renato və Patrik Robsonun yoxluğunda İsnik Alimi ilə Emil Səfərov start heyətində yer alıb.
Qarşılaşmaya meydan sahibləri fəal başlayıb. Paytaxt təmsilçisi bir neçə qol epizodu yaradıb. Hissənin ortalarında oyunu bərabərləşdirməyə çalışan “qırmızı-qaralar” da yaddaqalan hücumlar qurub. Emil Səfərov, Məqsəd İsayev və Ştefan Vukçeviçin zərbələrində dəqiqlik çatmayıb. Hissənin sonlarında meydan sahibləri Adil Nağıyevin qolu ilə hesabı açıb. Bundan sonra “Qəbələ” bir neçə dəfə hesaba tarazlıq gətirməyə yaxın olsa da fərqlənə bilməyib.
Fasilədən sonra oyunda dönüş yaratmaq niyyətində olan Elmar Baxşıyev bir neçə əvəzetmədən yararlanıb. İkinci hissə də eyni ssenari ilə başlayıb. Bakılılar ardıcıl bir neçə hücum təşkil edib. Ardınca “Qəbələ” üstünlüyə yiyələnməyə çalışıb. Omar Hani fərqlənməyə yaxın olsa da, bərabərlik qolunu vura bilməyib. Qarşılıqlı hücumlarla keçən hissədə hər iki qapı önündə təhlükəli hücumlar gerçəkləşib. Hesaba tarazlıq gətirmək üçün hücumlar quran “qırmızı-qaralar” fəallıq göstərsə də, paytaxt təmsilçisi hissənin ortalarında daha iki qol vurub. Buraxılan qollardan sonra “Qəbələ” oyunda dönüş yaratmağa çalışsa da, matçın sonluğu qarşılıqlı hücumlarla davam edib. Görüş ərzində bir neçə seyvə imza atan Nicat Mehbalıyev hesabın artmasına imkan verməyib. Beləliklə, 0:3 hesabı ilə uduzan komandamız paytaxtdan xalsız dönür.
“Səbail”
1. Rəşad Əzizli
5. Adil Nağıyev
7. Mirsayib Abbasov
(10. Cavid Tağıyev, 76)
22. Əfran İsmayılov (k)
(11. Rauf Əliyev, 64)
6. Cabir Əmirli
(21. Məhəmməd Mirzəbəyov, 78)
39. Tural Bayramlı
33. Domantas Şimkus
30. Camal Araqo
32. Nikolas Raysel
88. Elmir Tağıyev
66. İbrahim Aslanlı
Ehtiyat oyunçular:
12. Hüseynəli Quliyev
17. Elçin Rəhimli
14. Rahid Əmirquliyev
19. Ruslan Hacıyev
77. Ədilxan Qarəhmədov
38. Zeynəddin Abdurahmanov
27. Rasim Hasanov
15. Ayxan Bədizadə
Baş məşqçi: Aftandil Hacıyev
“Qəbələ”
94. Nicat Mehbalıyev
19. Rövlan Muradov
(10. Omar Hani, 46)
11. Asif Məmmədov (k)
(24. Patrik Robson, 76)
28. Murad Musayev
27. Məqsəd İsayev
34. Urfan Abbasov
8. Stefan Vukçeviç
23. Rafael Utziq
5. İsnik Alimi
12. Rüfət Əhmədov
77. Emil Səfərov
(14. Ülvi İsgəndərov, 46)
Ehtiyat oyunçular:
1. Kristof Atanqana
36. Elməddin Sultanov
7. Ehtiram Şahverdiyev
6. Kamal Mirzəyev
2. Samet Karakoç
18. Mehrac Baxşalı
20. Rauf Rüstəmli
33. Hüseyn Mürsəlov
Baş məşqçi: Elmar Baxşıyev