«Qəbələ» paytaxtdan xalsız dönür
Xəbərlər / 4 Sentyabr 2022 | 22:32174
«Qəbələ» paytaxtdan xalsız dönür

“Zirə” – “Qəbələ” – 2:1

4 sentyabr 2022. Saat 20:30. “Dalğa Arena”, 300 tamaşaçı

Baş hakim: Rauf Cabarov

Baş hakimin köməkçiləri: Cavanşir Yusifov, Müslüm Əliyev

Dördüncü hakim: Kamranbəy Rəhimov

VAR: Əliyar Ağayev

AVAR: Zeynal Zeynalov

Hakim-inspektor: Anar Salmanov

AFFA nümayəndəsi: Rüfət Əmirov

Sarı vərəqələr: Anar Nəzirov, 90+6 (oyunun bərpasının ləngidilməsi) // Asif Məmmədov, 31 (qeyri-idman hərəkəti); Omar Hani, 40 (qeyri-idman hərəkəti)

Qollar: Rəhim Sadıxov, 45, 74 // İsnik Alimi, 35 (p.)

Artırılan vaxt: I hissədə 2 dəq; II hissədə 6 dəq.

 

Bu gün Misli Premyer Liqasında V tura yekun vurulub. Turun son qarşılaşması “Dalğa Arena”da baş tutub. “Qəbələ” səfərdə “Zirə” ilə qarşılaşıb.

“Qırmızı-qaralar”ın start heyətində ötən turla müqayisədə iki dəyişiklik olub. Baş məşqçi Elmar Baxşıyev Murad Musayev və Omar Haniyə ilk dəqiqələrdən şans verib. Onlar Rövlan Muradovla Ramon Maçadonu əvəzləyib. 

Meydan sahibləri ilk dəqiqələrdə fəallıq göstərsə də, təşəbbüsə yiyələnən “qırmızı-qaralar” üstünlüyü ələ alıb. Komandamız bir neçə dəfə rəqib qapısı önündə qol imkanları yaradıb. Feras Abu Akal, Omar Hani, Asif Məmmədov və Felipe Santosun zərbələri yaddaqalan olsa da, hesab açılmayıb. Rəqib müdafiəçilərdən topu oğurlayan Rafael Utziq penalti qazanıb. İsnik Alimi bu imkanı dəyərləndirib – 1:0. “Qəbələ”nin üstünlüyü ilə keçən ilk yarının sonlarında irəli atılan bakılılar fasilə öncəsi hesaba tarazlıq gətirib.

İkinci hissə qarşılıqlı hücumlarla keçib. Öncə meydan sahibləri fəallıq göstərsə də, daha çox qol epizodlarını komandamız yaradıb. Rafael Utziqin zərbəsində dəqiqlik çatmayıbsa, Murad Musayevin başla toxunuşundan sonra rəqib topu xəttin üzərindən çıxarıb. Matçın sonlarına yaxın “Zirə” ikinci qolu vurub. Buraxılan qoldan sonra komandamız oyunda dönüş yaratmağa çalışıb. Lakin çoxsaylı hücumlardan heç birini məntiqi sonluğa çatdırmaq mümkün olmayıb. Beləliklə, 1:2 hesabı ilə uduzan “Qəbələ” paytaxt səfərindən xalsız dönüb.

 

“Zirə”

41. Anar Nəzirov

91. Coşqun Diniyev

10. Rəhim Sadıxov

32. Qismət Alıyev (k)

21. Hacıağa Hacılı

(23. Andriya Lukoviç, 46)

9. Loris Broqno

(11. Rüstəm Əhmədzadə, 46)

47. Mohamed Hamdaui

(17. Toni Qomes, 72)

14. Hamidu Keyta

(2. Sertan Taşkın, 79)

44. Dmitrios Çantakias

5. Moiz Adileu

(18. Slavik Alxasov, 58)

26. Nemanya Andelkoviç

 

Ehtiyat oyunçular:

 

1. Mehdi Cənnətov

22. Nail Alışov

77. Mirsayib Abbasov

13. Ramin Əhmədov

56. Samir Ağayev

38. Ramiz Muradov

7. Filipe Paxtman

 

Baş məşqçi: Rəşad Sadıqov

 

“Qəbələ”

1. Səlahət Ağayev

11. Asif Məmmədov (k)

(14. Ülvi İsgəndərov, 72)

2. İlkin Qırtımov

27. Məqsəd İsayev

28. Murad Musayev

4. Ruan Renato

5. İsnik Alimi

23. Rafael Utziq

(77. Emil Səfərov, 85)

97. Felipe Santos

(91. Ramon Maçado, 59)

6. Feras Abu Akal

10. Omar Hani

(7. Rövlan Muradov, 59)

 

Ehtiyat oyunçular:

 

13. Kristof Atanqana

36. Elməddin Sultanov

33. Hüseyn Mürsəlov

18. Mehrac Baxşalı

20. Rauf Rüstəmli

8. Andrey Strijak

 

Baş məşqçi: Elmar Baxşıyev