“Sabah” – “Qəbələ” – 2:1
30 oktyabr 2022. Saat 18:30. “Bank Respublika Arena”, 1800 tamaşaçı
Baş hakim: Tural Qurbanov
Baş hakimin köməkçiləri: Eyyub İbrahimov, Vüsal Məmmədov
Dördüncü hakim: Fərid Hacıyev
VAR: Əliyar Ağayev
AVAR: Akif Əmirəli
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Elman Musayev
Sarı vərəqələr: Elvin Camalov, 4 (qeyri-idman hərəkəti); Con İrasabal, 34 (qeyri-idman hərəkəti); Boyan Letiç, 48 (qeyri-idman hərəkəti); Abdulaye Ba, 90 (qeyri-idman hərəkəti) // Feras Abu Akal, 59 (qeyri-idman hərəkəti); Rauf Rüstəmli, 71 (hakimin qərarına etiraz); İlkin Qırtımov, 90 (qeyri-idman hərəkəti)
Rəsmi şəxsə göstərilən sarı vərəqə: Murad Musayev, 48 (hakimin qərarına etiraz)
Qollar: Aleksey Kaşuk, 63; Davit Volkov, 90+3 // İsnik Alimi, 5 (p.)
Artırılan vaxt: I hissədə 1 dəq; II hissədə 6 dəq.
Misli Premyer Liqasında XII tura yekun vurulub. Turun son oyunu “Bank Respublika Arena”da baş tutub. “Qəbələ” səfərdə “Sabah”la qarşılaşıb. “Qırmızı-qaralar” meydana ötən turla müqayisədə iki dəyişikliklə çıxıb. İlkin Qırtımovla Feras Abu Akal start heyətində yer alıb. Onlar “11-lik”də Ramon Maçado və Omar Hanini əvəzləyib.
Matç “Qəbələ”nin ardıcıl hücumları ilə başlayıb. Bu start təzyiqi erkən qolla nəticələnib. Felipe Santosun zərbəsindən sonra əllə toxunuşa görə penalti təyin edilib. İsnik Alimi bu imkanı dəqiq zərbə ilə tamamlayıb. Buraxılan qoldan sonra fəallığı artıran meydan sahibləri üstünlüyü ələ alıb. Lakin “qırmızı-qaralar” müdafiədə etibarlı oynayıb. Əks-hücumlar quran komandamız bir neçə dəfə rəqib müdafiəçilərə gərginlik yaşadıb.
Fasilədən sonra da görüşün ssenarisi dəyişməyib. Bakılılar hesabda dəyişiklik etmək üçün böyük qüvvə ilə hücumlar qurub. İkinci hissənin əvvəlində zədələnən Rafael Utziq oyunu davam etdirə bilmədiyi üçün əvəzlənib. Paytaxt təmsilçisi hissənin ortalarında Aleksey Kaşukun qolu ilə hesabı bərabərləşdirib. Matçın sonlarında “qırmızı-qaralar”ın daha iki oyunçusu – Rövlan Muradovla Felipe Santos zədə səbəbindən əvəzlənməli olub. Görüşün uzatma dəqiqələri daha yaddaqalan olub. Öncə Səlahət Ağayev rəqibin zərbəsini dəf edib, ardınca Ramon Maçado çərçivəyə düşməyib. Amma bakılılar daha bir qol vuraraq qalib gəlməyi bacarıb. Beləliklə, “Qəbələ” paytaxt səfərindən xalsız ayrılıb – 1:2.
“Sabah”
12. Yusif İmanov
4. Elvin Camalov (k)
(77. Namik Ələskərov, 46)
10. Aleksey İsayev
9. Anatoli Nuriyev
(29. Ceyhun Nuriyev, 81)
2. Amin Seydiyev
13. Abdulaye Ba
7. Boyan Letiç
20. Coy Lens Mikels
(11. Kristian Sebalyos, 75)
99. Emmanuel Apeh
(18. Davit Volkov, 76)
19. Con İrasabal
8. Aleksey Kaşuk
Ehtiyat oyunçular:
94. Nicat Mehbalıyev
16. Rustam Samigullin
14. Bəxtiyar Həsənalızadə
17. Tellur Mütəllimov
6. Abdulax Xaybulayev
33. Camal Cəfərov
22. Seymur Məmmədov
15. Kristian da Silva
Baş məşqçi: Murad Musayev
“Qəbələ”
1. Səlahət Ağayev
11. Asif Məmmədov (k)
2. İlkin Qırtımov
27. Məqsəd İsayev
28. Murad Musayev
7. Rövlan Muradov
(91. Ramon Maçado, 86)
4. Ruan Renato
5. İsnik Alimi
23. Rafael Utziq
(10. Omar Hani, 59)
97. Felipe Santos
(77. Emil Səfərov, 87)
6. Feras Abu Akal
Ehtiyat oyunçular:
13. Kristof Atanqana
36. Elməddin Sultanov
34. Urfan Abbasov
14. Ülvi İsgəndərov
33. Hüseyn Mürsəlov
88. Gülağa Əsədov
18. Mehrac Baxşalı
20. Rauf Rüstəmli
8. Andrey Strijak
Baş məşqçi: Elmar Baxşıyev