«Qəbələ» paytaxtdan xalsız dönür
Xəbərlər / 12 Noyabr 2022 | 21:081317
«Qəbələ» paytaxtdan xalsız dönür

“Neftçi” – “Qəbələ” – 2:0

12 noyabr 2022. Saat 18:30. “Bakcell Arena”, 1200 tamaşaçı

Baş hakim: Nicat İsmayıllı

Baş hakimin köməkçiləri: Namiq Hüseynov, Rəhman İmami

Dördüncü hakim: Rövşən Rəcəbov

VAR: Tural Qurbanov

AVAR: Pərvin Talıbov

Hakim-inspektor: Feyzulla Feyzullayev

AFFA nümayəndəsi: Seymur Səlimli

Sarı vərəqələr: Kenni Sayef, 21 (qeyri-idman hərəkəti); Mamadu Mbodj, 45+1 (qeyri-idman hərəkəti) // Feras Abu Akal, 48 (qeyri-idman hərəkəti); Felipe Santos, 61 (hakimin qərarına etiraz); Ruan Renato, 63 (qeyri-idman hərəkəti); İlkin Qırtımov, 85 (qeyri-idman hərəkəti)

Rəsmi şəxsə göstərilən sarı vərəqə: Aleksandr Florin (“Neftçi”), 87 (hakimin qərarına etiraz)

Qollar: Kenni Sayef, 24; Rəhman Hacıyev, 76

Artırılan vaxt: I hissədə 3 dəq; II hissədə 4 dəq.

 

Misli Premyer Liqasının XIV turunun ikinci günü başa çatıb. “Qəbələ” günün ikinci matçında “Neftçi” ilə qarşılaşıb. “Qırmızı-qaralar” səfər matçına “Bakcell Arena”da çıxıb. Baş məşqçi Elmar Baxşıyev ötən turla müqayisədə “11-lik”də heç bir dəyişiklik etməyib.

Qarşılaşmaya meydan sahibləri daha fəal başlayıb. Müdafiədə inamlı təsir bağışlayan “qırmızı-qaralar” yaddaqalan əks-hücumlar təşkil edib. Ramon Maçado və Felipe Santosun zərbələrində dəqiqlik çatmayıb. Bakılılar hesabı hissənin ortalarında açıb. Buraxılan qoldan sonra fəallaşan komandamız bir neçə hücum qursa da, hesabı dəyişmək mümkün olmayıb.

Fasilədən sonra da oyunun ssenarisi dəyişməyib. Ramon Maçado ilə Felipe Santos rəqib müdafiəçilərini gərginlikdə saxlayıb. Ruan Renato və İlkin Qırtımovun zərbələri də yaddaqalan olub. Əvəzetmələrdən sonra üstünlüyü ələ alan “qırmızı-qaralar” ardıcıl təhlükəli hücumlar yaradıb. Omar Hani və Rafael Utziq bir neçə dəfə qol vurmağa yaxın olsa da, çərçivəyə yol tapmayıb. Meydan sahibləri isə sürətli əks-hücumda fərqi artırmağı bacarıb. Görüşdəki ikinci topdan sonra azarkeşlər qarşılıqlı hücumlara şahid olub. “Qırmızı-qaralar” fərqi azaltmaq üçün bir neçə imkan qazansa da, hesab dəyişməz qalıb. Son dəqiqələrdə isə Ruan Renatonun qol vurmasına rəqib qapıçı imkan verməyib. Beləliklə, “Qəbələ” paytaxt səfərindən xalsız dönüb.

 

“Neftçi”

1. İvan Brkiç

8. Emin Mahmudov (k)

19. Azər Salahlı

26. Ömər Buludov

(17. Rəhman Hacıyev, 62)

21. İsmayıl Zülfüqarlı

6. Voyislav Stankoviç

3. Mamadu Mbodj

(4. Solomon Kverkveliya, 45+1)

5. Kenni Sayef

23. Ataa Caber

(18. Vato Arveladze, 77)

11. Qodsvey Donyo

24. Yusuf Laval

(16. Gilyerme Pato, 77)

 

Ehtiyat oyunçular:

 

30. Aqil Məmmədov

93. Rza Cəfərov

2. Mert Çelik

20. Vüsal Əsgərov

73. Ramin Nəsirli

82. Rüfət Abbasov

78. Elcan Əbilov

77. Yeqor Boqomolski

 

Baş məşqçi: Laurentsiu Regekampf

 

“Qəbələ”

1. Səlahət Ağayev

2. İlkin Qırtımov

27. Məqsəd İsayev

28. Murad Musayev (k)

7. Rövlan Muradov

(23. Rafael Utziq, 58)

77. Emil Səfərov

(10. Omar Hani, 58)

91. Ramon Maçado

4. Ruan Renato

5. İsnik Alimi

97. Felipe Santos

(14. Ülvi İsgəndərov, 70)

6. Feras Abu Akal

(11. Asif Məmmədov, 77)

 

Ehtiyat oyunçular:

 

13. Kristof Atanqana

36. Elməddin Sultanov

34. Urfan Abbasov

33. Hüseyn Mürsəlov

88. Gülağa Əsədov

18. Mehrac Baxşalı

20. Rauf Rüstəmli

8. Andrey Strijak

 

Baş məşqçi: Elmar Baxşıyev