«Qəbələ» paytaxtdan xalsız dönür
Xəbərlər / 13 Dekabr 2022 | 21:351657
«Qəbələ» paytaxtdan xalsız dönür

“Qarabağ” – “Qəbələ” – 1:0

13 dekabr 2022. Saat 19:00. “Azersun Arena”, 300 tamaşaçı

Baş hakim: Kamranbəy Rəhimov

Baş hakimin köməkçiləri: Akif Əmirəli, Rəhman İmami

Dördüncü hakim: İnqilab Məmmədov

VAR: Əliyar Ağayev

AVAR: Namiq Hüseynov

Hakim-inspektor: Gülağa Cabarov

AFFA nümayəndəsi: Elman Musayev

Sarı vərəqələr: Qara Qarayev, 55 (qeyri-idman hərəkəti) // Murad Musayev, 86 (hakimin qərarına etiraz); Ruan Renato, 90+5 (hakimin qərarına etiraz)

Rəsmi şəxsə göstərilən sarı vərəqə: Elmar Baxşıyev, 90+5 (hakimin qərarına etiraz)

Qol: Ramil Şeydayev, 68 (p.)

Artırılan vaxt: I hissədə yoxdur; II hissədə 5 dəq.

 

Misli Premyer Liqasında XVII tura start verilib. “Qəbələ” turun ilk günündə meydana çıxıb. “Qırmızı-qaralar” günün ikinci matçında “Qarabağ”la qarşılaşıb. Baş məşqçi Elmar Baxşıyev səfər görüşünün start heyətində ötən matçla müqayisədə üç dəyişiklik edib. Səlahət Ağayev, Asif Məmmədov və Rövlan Muradov ilk dəqiqələrdən meydana çıxıb. Onlar Kristof Atanqana, İlkin Qırtımov və Feras Abu Akalı əvəzləyib.

Beş gün əvvəl Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyununda üz-üzə gələn komandalar yenə “Azersun Arena”da qarşılaşıb. Görüş əsasən qarşılıqlı hücumlarla keçib. Müəyyən ərazi üstünlüyünə malik meydan sahibləri daha çox hücum etsə də, “qırmızı-qaralar”ın əks-hücumları təhlükəli alınıb. Artıq ilk yarıda hər iki komanda hesabı açmaq üçün imkanlar əldə etsə də, fasiləyədək qol vurulmayıb.

Bakıdakı qarşılaşmaya toplaşan azarkeşlər ikinci 45 dəqiqədə də oxşar oyuna şahid olub. Emil Səfərov və Felipe Santosun əldə etdiyi əlverişli epizodlar qaçırılıb. Matçin taleyini bir qol həll edib. Penaltidən dəqiq istifadə edən “Qarabağ” minimal hesabla qalib gəlib. Buraxılan qoldan sonra daha böyük qüvvə ilə hücumlar quran komandamız bir neçə dəfə fərqlənməyə yaxın olsa da istəyinə çatmayıb. Beləliklə, “Qəbələ” 2022-ci ilin son səfər oyunundan xalsız ayrılıb. “Qırmızı-qaralar” 6 gündən sonra “Qarabağ”ı kubokun cavab oyununda qəbul edəcək. Dekabrın 24-də keçiriləcək ilin son matçında isə komandamız evdə “Turan Tovuz”la üz-üzə gələcək.

 

  “Qarabağ”

1. Şahruddin Məhəmmədəliyev

7. Riçard Almeyda

(6. Julio Romao, 78)

5. Maksim Medvedev (k)

(30. Abbas Hüseynov, 46)

55. Bədavi Hüseynov

2. Qara Qarayev

(8. Marko Yankoviç, 60)

77. Ramil Şeydayev

13. Bəhlul Mustafazadə

44. Elvin Cəfərquliyev

10. Abdullah Zubir

20. Kadi Borqes

11. Kvabena Ovusu

(22. Musa Qurbanlı, 78)

 

Ehtiyat oyunçular:

 

23. Luka Quqeşaşvili

89. Amin Ramazanov

4. Rahil Məmmədov

18. İsmayıl İbrahimli

27. Toral Bayramov

90. Nəriman Axundzadə

15. Leandro Andrade

 

Baş məşqçi: Qurban Qurbanov

 

“Qəbələ”

1. Səlahət Ağayev

11. Asif Məmmədov (k)

(8. Andrey Strijak, 86)

27. Məqsəd İsayev

28. Murad Musayev

7. Rövlan Muradov

(34. Urfan Abbasov, 86)

77. Emil Səfərov

91. Ramon Maçado

(14. Ülvi İsgəndərov, 78)

4. Ruan Renato

5. İsnik Alimi

97. Felipe Santos

10. Omar Hani

 

Ehtiyat oyunçular:

 

13. Kristof Atanqana

36. Elməddin Sultanov

33. Hüseyn Mürsəlov

18. Mehrac Baxşalı

 

Baş məşqçi: Elmar Baxşıyev