“Sabah” – “Qəbələ” – 3:2
2 aprel 2023. Saat 18:00. “Bank Respublika Arena”, 2500 tamaşaçı
Baş hakim: Cavid Cəlilov
Baş hakimin köməkçiləri: Rahil Ramazanov, Teymur Teymurov
Dördüncü hakim: İnqilab Məmmədov
VAR: Əliyar Ağayev
AVAR: Akif Əmirəli
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Yavər Rəhimov
Sarı vərəqələr: Məqsəd İsayev, 30 (qeyri-idman hərəkəti); Felipe Santos, 45+1 (qeyri-idman hərəkəti); İsnik Alimi, 88 (hakimin qərarına etiraz)
Rəsmi şəxsə göstərilən sarı vərəqə: Murad Musayev, 77 (hakimin qərarına etiraz)
Qollar: İlkin Qırtımov, 9 (ö.q.); Coy Lens Mikels, 86; Aleksey Kaşuk, 90+5 // Ülvi İsgəndərov, 21; Feras Abu Akal, 28
Artırılan vaxt: I hissədə 1 dəq; II hissədə 9 dəq.
Misli Premyer Liqasında IV dövrəyə start verilib. “Qəbələ” XXVIII turun son oyun günündə meydana çıxıb. Elmar Baxşıyevin baş məşqçisi olduğu komanda millilərin görüşləri ilə əlaqədar fasilədən sonra “Sabah”ın qonağı olub.
43 yaşlı mütəxəssis “Şamaxı” ilə oyunla müqayisədə start heyətində 2 dəyişiklik edib. İlkin Qırtımov Murad Musayevi, Ramon Maçado Rafael Utziqi əvəzləyib. Qarşılaşma meydan sahiblərinin üstünlüyü ilə başlayıb. Ardıcıl hücumlar təşkil edən paytaxt təmsilçisi istəyinə 9-cu dəqiqədə çatıb. Zurab Oçiqava hesabı açıb – 1:0. “Qırmızı-qaralar” qoldan sonra fəallaşıb. Epizodların birində Ülvi İsgəndərovun zərbəsi çərçivədən yan keçib. Daha bir hücumu isə Felipe Santos tamamlayıb. Lakin qapıçı inamlı oynayıb. Futbolçularımız hissənin ortalarında hesabı bərabərləşdirməyi bacarıb. 21-ci dəqiqədə Ülvi İsgəndərov baxımlı zərbə ilə adını tabloya yazdırıb. Çox keçməmiş futbolçularımız daha bir dəfə sevinib. Feras Abu Akal fərqlənib – 2:1. “Qırmızı-qaralar” fasiləyədək bir qola daha yaxın olub. İsnik Aliminin ötürməsini Məqsəd İsayev qapayıb. Lakin qolkiper topu dəf edə bilib.
İkinci yarı komandamızın üstünlüyü ilə başlayıb. Ramon Maçadonun fəallığı özünü göstərib. Daha bir epizodda isə Ülvi İsgəndərov uzaq məsafədən təhlükəli zərbə endirib. Matçın sonlarında da “qırmızı-qaralar” təhlükəli hücumlar qurub. Bunların bir neçəsində rəqib qapıçı Yusif İmanov inamlı çıxış edib. Oyunun 87-ci dəqiqəsində meydan sahibləri bərabərlik topunu vurmağı bacarıb. Görüşə əlavə olunmuş dəqiqələrdə paytaxt təmsilçisi daha bir dəfə fərqlənərək qələbə qazanıb – 3:2.
Beləliklə, 3:2 hesabı ilə məğlub olan “Qəbələ” 36 xalla 5-ci pillədə qərarlaşıb.
“Sabah”
12. Yusif İmanov
4. Elvin Camalov (k)
(77. Namik Ələskərov, 72)
17. Tellur Mütəllimov
10. Aleksey İsayev
15. Kristian da Silva
(9. Anatoli Nuriyev, 56)
7. Boyan Letiç
(21. İldar Alekperov, 72)
20. Coy Lens Mikels
3. Zurab Oçiqava
18. Davit Volkov
(99. Emmanuel Apeh, 67)
19. Con İrasabal
8. Aleksey Kaşuk
Ehtiyat oyunçular:
94. Nicat Mehbalıyev
16. Rustam Samigullin
14. Bəxtiyar Həsənalızadə
33. Camal Cəfərov
22. Seymur Məmmədov
13. Abdulaye Ba
Baş məşqçi: Murad Musayev
“Qəbələ”
1. Səlahət Ağayev
2. İlkin Qırtımov
27. Məqsəd İsayev
14. Ülvi İsgəndərov
(10. Omar Hani, 80)
7. Rövlan Muradov
91. Ramon Maçado
4. Ruan Renato (k)
5. İsnik Alimi
97. Felipe Santos
(11. Asif Məmmədov, 88)
6. Feras Abu Akal
9. Əyyub Allaş
(77. Emil Səfərov, 88)
Ehtiyat oyunçular:
13. Kristof Atanqana
36. Elməddin Sultanov
34. Urfan Abbasov
28. Murad Musayev
33. Hüseyn Mürsəlov
16. Nicat Əliyev
17. Yaovi Akakpo
8. Andrey Strijak
Baş məşqçi: Elmar Baxşıyev