«Qəbələ» paytaxtdan xalsız dönür
Xəbərlər / 8 May 2023 | 22:582295
«Qəbələ» paytaxtdan xalsız dönür

“Qarabağ” – “Qəbələ” – 3:0

8 may 2023. Saat 20:00. “Azersun Arena”, 750 tamaşaçı

Baş hakim: Rəvan Həmzəzadə

Baş hakimin köməkçiləri: Cəmil Quliyev, Rahil Ramazanov

Dördüncü hakim: Emin Əliyev

VAR: Cavid Cəlilov

AVAR: Vüsal Məmmədov

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Ramiz Mustafayev

Sarı vərəqələr: Julio Romao, 64 (qeyri-idman hərəkəti); Riçard Almeyda, 89 (qeyri-idman hərəkəti) // Məqsəd İsayev, 69 (qeyri-idman hərəkəti); İlkin Qırtımov, 90+1 (qeyri-idman hərəkəti)

Qollar: Elvin Cəfərquliyev, 43; Abdullah Zubir, 75; Ramil Şeydayev, 84

Artırılan vaxt: I hissədə 2 dəq; II hissədə 3 dəq.

 

Misli Premyer Liqasında 33-cü tura yekun vurulub. Son oyun günündə meydana çıxan “Qəbələ” “Qarabağ”la qarşılaşıb. “Qırmızı-qaralar” bu matçı səfərdə keçirib.

Bakıdakı görüş qarşılıqlı hücumlarla keçib. Meydan sahibləri daha fəal olsa da, Elmar Baxşıyevin yetirmələri sürətli hücumlarla rəqib qapısına yol tapmağa çalışıb. İlk yarıda Feras Abu Akal və Rafael Utziqin qapı istiqamətində zərbələri yaddaqalan olub. Lakin “Qəbələ”nin futbolçuları hesabı aça bilməyib. Rəqib hücumlarının qarşısını almağa çalışan “qırmızı-qaralar” fasilə ərəfəsində qapısında qol görüb. Elvin Cəfərquliyev meydan sahiblərini hesabda önə çıxarıb.

İkinci yarıya fəal başlayan komandamız təhlükəli epizod yaratmağa nail olub. Amma Ramon Maçado əlverişli imkandan yararlana bilməyib. “Qırmızı-qaralar” ikinci hissədə hesabı bərabərləşdirməyə çalışsa da, oyunda dönüş yaratmaq mümkün olmayıb. Felipe Santosla Rafael Utziqin təhlükəli zərbələri dəqiq olmayıb. Meydan sahibləri isə daha iki dəfə fərqlənə bilib. Abdullah Zubir və Ramil Şeydayev qol sevinci yaşayıb. Beləliklə, “Qəbələ” paytaxt səfərində “Qarabağ”a 0:3 hesabı ilə uduzub.

 

“Qarabağ”

1. Şahruddin Məhəmmədəliyev

19. Filip Ozobiç

(9. Musa Qurbanlı, 65)

55. Bədavi Hüseynov (k)

77. Ramil Şeydayev

44. Elvin Cəfərquliyev

29. Marko Veşoviç

(5. Maksim Medvedev, 90)

10. Abdullah Zubir

(27. Toral Bayramov, 86)

81. Kevin Medina

8. Marko Yankoviç

(20. Riçard Almeyda, 86)

6. Julio Romao

(2. Qara Qarayev, 90)

15. Leandro Andrade

 

Ehtiyat oyunçular:

 

23. Luka Quqeşaşvili

89. Amin Ramazanov

4. Rahil Məmmədov

13. Bəhlul Mustafazadə

18. İsmayıl İbrahimli

90. Nəriman Axundzadə

99. Redon Cica

 

Baş məşqçi: Qurban Qurbanov

 

“Qəbələ”

13. Kristof Atanqana

2. İlkin Qırtımov

27. Məqsəd İsayev

7. Rövlan Muradov

(28. Murad Musayev, 78)

77. Emil Səfərov

(9. Əyyub Allaş, 65)

91. Ramon Maçado

4. Ruan Renato (k)

5. İsnik Alimi

23. Rafael Utziq

(14. Ülvi İsgəndərov, 61)

97. Felipe Santos

(10. Omar Hani, 65)

6. Feras Abu Akal

(11. Asif Məmmədov, 78)

 

Ehtiyat oyunçular:

 

1. Səlahət Ağayev

36. Elməddin Sultanov

34. Urfan Abbasov

33. Hüseyn Mürsəlov

16. Nicat Əliyev

17. Yaovi Akakpo

8. Andrey Strijak

 

Baş məşqçi: Elmar Baxşıyev