«Qəbələ» paytaxtdan xalsız dönür
Xəbərlər / 15 Dekabr 2013 | 16:44352
«Qəbələ» paytaxtdan xalsız dönür

“Neftçi” – “Qəbələ”  2:1

15 dekabr 2013. Saat 18:00. “Bakcell Arena” stadionu. 800 tamaşaçı
Baş hakim: Əliyar Ağayev
Baş hakimin köməkçiləri: Mehman Mahmudov, Zeynal Zeynalov
Dördüncü hakim: Ramiz Məhərrəmov
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Ramil Diniyev
AFFA nümayəndəsi: Abbas Hüseynov
Hakim-inspektor: Əli Hüseynov
Sarı vərəqələr: Mahir Şükürov, 5 (qeyri-idman hərəkəti); Rəşad Sadiqov, 32 (qeyri-idman hərəkəti); Karlos Kardoso, 45+1 (qeyri-idman hərəkəti); Tərlan Quliyev, 72 (qeyri-idman hərəkəti) // Müşfiq Teymurov, 11 (qeyri-idman hərəkəti); 84 (oyunun bərpasını gecikdirdiyi üçün); Abdulvahid Afolabi, 74 (qeyri-idman hərəkəti); Amid Quluzadə, 90+3 (qeyri-idman hərəkəti) 
Qırmızı vərəqə: Müşfiq Teymurov, 84
Qollar: Araz Abdullayev, 12 (p.); Mahir Şükürov, 90+4 // Leonardo da Silva, 45+1 (p.) 
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 4 dəq.

Premyer Liqanın XVII turunda "Qəbələ" səfərdə "Neftçi" ilə qarşılaşdı. Lider "Qarabağ"ın məğlub olması hər iki tərəfə turnir cədvəlinin ilk pilləsinə yüksəlmək şansı yaratmışdı. Bu baxımdan qələbə komandalar üçün vacib əhəmiyyət kəsb edirdi.
Matç meydan sahiblərinin hücumları ilə start götürsə də, ilk təhlükəli vəziyyət qonaqların aktivinə yazıldı. 3-cü dəqiqədə Ebesilio sol cinahda qapıçını zərərsizləşdirdikdən sonra qapıya zərbə endirsə də, müdafiəçi Kardoso qola imkan vermədi. 12-ci dəqiqədə "Neftçi" hesabı açdı. Gənc Müşfiq Teymurovun Flavinyonu cərimə meydançası daxilində dayandırması hakimin penalti nöqtəsini göstərməsi ilə nəticələndi. Topa yaxınlaşan Araz Abdullayev komandasını irəli çıxardı. Ruhdan düşməyən "Qəbələ"nin təzyiqi ilk hissəyə əlavə olunmuş dəqiqədə öz bəhrəsini verdi. Dodonun qarşısının cərimə meydançası daxilində kobudluqla alınması hakimin bu dəfə "Neftçi"nin qapısına penalti təyin etməsini şərtləndirdi. 11 mertlik zərbəni Leonardo dəqiqliklə yerinə yetirdi - 1:1.
İkinci hissə daha gərgin alındı. Qarşılıqlı hücumlar şəraitində keçən 45 dəqiqə ərzində hər iki tərəfin fərqlənmək imkanı olsa da, qələbə qolunu vurmaq "Neftçi"yə qismət oldu. Matça əlavə olunmuş 3-cü dəqiqədə Mahir Şükürov cərimə zərbəsindən topu tora göndərdi.  
Beləliklə, liderliyə yüksəlmək şansından daha yaxşı yararlanan "Neftçi" 17 turun yekununda yenidən ilk pilləyə qalxdı. 

“Neftçi”

30. Saşa Stamenkoviç
2. Karlos Kardoso
4. Tərlan Quliyev 
6. Rəşad Sadiqov (k)
7. Araz Abdullayev
9. Flavio Aleks Valensio
14. Bahodır Nasimov 
(11. Melvin Platye, 62)
15. Erik Ramos
22. Mahir Şükürov
32. Elvin Yunuszadə
90. Ernest Nfor 

Ehtiyat oyunçular:

1. Pavels Doroşevs 
5. İqor Mitreski
10. Cavid İmamverdiyev 
19. Mirhüseyn Seyidov
27. Məqsəd İsayev
28. Emin Mehdiyev

Baş məşqçi: Nazim Süleymanov

“Qəbələ”

27. David Pietrzkeviç
4. Amid Quluzadə 
6. Volodimir Levin (k)
10. Luis Hilario 
14. Lorenzo Ebesilio 
18. İbrahima Niasse 
19. Abdulvahid Afolabi
(9. Viktor Mendi, 90+2)
31. Daniel Subotiç
36. Elnur Allahverdiyev
42. Leonardo da Silva
(3. Nikola Valentiç, 87)
88. Müşfiq Teymurov 

Ehtiyat oyunçular:

55. Cavidan Hüseynzadə
5. Sadiq Quliyev 
8. Nizami Hacıyev 
11. Yannik Kamanan 
22. Assis Rodriqes

Baş məşqçi: Yuri Syomin