“Neftçi” – “Qəbələ” – 2:1
19 avqust 2018. Saat 18:30. “Dalğa Arena”, 600 tamaşaçı
Baş hakim: Rəhim Həsənov
Baş hakimin köməkçiləri: Yaşar Abbasov, Akif Əmirəli
Dördüncü hakim: Ömər Paşayev
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Rövşən Əhmədov
Sarı vərəqələr: Elvin Camalov, 40 (qeyri-idman hərəkəti)
Qollar: Baqali Dabo, 36; Dario Federiko, 48 // Rauf Əliyev, 85
Artırılan vaxt: I hissədə 1 dəq.; II hissədə 4 dəq.
Bu gün Topaz Premyer Liqasında II turun ikinci gününün oyunlarına start verilib. Mövsümə “Səbail” üzərində böyükhesablı qələbə ilə başlayan “Qəbələ” ilk səfər matçına çıxıb. “Qırmızı-qaralar” “Neftçi”nin qonağı olub. Baş məşqçi Sənan Qurbanov ilk oyunla müqayisədə start “11-liy”ini dəyişməz saxlayıb.
Bakıdakı “Dalğa Arena”da keçirilən qarşılaşmaya meydan sahibləri fəal başlayıb. Üstünlüyü ələ alan paytaxt təmsilçisi bir necə təhlükəli vəziyyət də yaratmağa müvəffəq olub. İnamla müdafiə olunan arxa xətt oyunçuları hesabın açılmasına imkan verməyib. Bir neçə dəfə oyuna daxil olan Dmitri Bezotosnı təhlükəni sovuşdurub. Epizodların birində isə Bəhlul Mustafazadə qapıya gedən topu uzaqlaşdıra bilib. “Qəbələ”nin ilk təhlükəsi isə Təmkin Xəlilzadədən gəlib. Sağ cinahda fəal olan futbolçumuzun cərimə zərbəsini rəqib qapıçı çətinliklə dəf edib. Ardınca əlverişli mövqeyə çıxan Ceyms Adeniyi topla yaxşı rəftar edə bilməyib. Bakılılar hissənin sonlarına yaxın hesabı açıb. Arxa xətdəki anlaşılmazlıqdan Baqali Dabo yararlanıb. Buraxılan qoldan sonra “qırmızı-qaralar” fəallaşsa da, fasiləyədək müşahidə olunan qarşılıqlı hücumlar ciddi təhlükə ilə nəticələnməyib.
Fasilədən sonra Stiven Monroz meydana daxil olub. “Qırmızı-qaralar” ikinci hissəyə daha fəal başlayıb. Rəqib qapıçı ardıcıl iki dəfə topu küncə çıxarmalı olub. O, əvvəl Ürfan Abbasovun iti bucaq altına qapı önünə ötürməsini, ardınca Adeniyinin yaxın məsafədən zərbəsini zərərsizləşdirib. Paytaxt təmsilçisinin əks hücumu isə Dario Frederikonun fərqi artırması ilə başa çatıb. Meydan sahiblərinin ikinci qolundan sonra da hücumlarına ara verməyən “qırmızı-qaralar” ardıcıl qol imkanları yaradıb. Düzdür, paytaxt təmsilçisinin sürətli əks-hücumları da kəsərli alınıb. Rauf Əliyevin meydana daxil olmasından sonra isə “Qəbələ” hücum xəttini daha da gücləndirib. Monrozun sol cinahdan fəallığı qapı istiqamətində zərbələrlə müşayiət olunub. Bir neçə dəfə qapıçı, epizodların birində isə çərçivəyə gedən topu uzaqlaşdıran müdafiəçi hesabın dəyişməyinə mane olub. Monrozun növbəti cinah ötürməsi isə qolla nəticələnib. Anton Krivotsyukla mübarizədə Rauf topu qapıdan keçirib – 2:1. Matçın sonunda daha böyük qüvvə ilə irəli atılan “qırmızı-qaralar” hesabda tarazlıq yaratmağa müvəffəq ola bilməyib.
Beləliklə, “Qəbələ” mövsümün ilk səfər matçından xalsız dönüb.
“Neftçi”
1. Səlahət Ağayev
25. Kiril Petrov
5. Anton Krivotsyuk
18. Tural Axundov
21. Məhəmməd Mirzəbəyov
93. Soni Mustivar
6. Qoran Paratski
8. Emin Mahmudov (k)
10. Dario Federiko
(17. Rəhman Hacıyev, 83)
9. Baqali Dabo
(77. Elvin Sərkərov, 86)
11. Kvame Karikari
(22. Mirabdulla Abbasov, 73)
Ehtiyat oyunçular:
94. Rəşad Əzizli
12. Kamran İbrahimov
28. Slavko Braliç
26. Ömər Buludov
70. Əli Şirinov
7. Namiq Ələsgərov
37. Vüsal Əsgərov
Baş məşqçi: Roberto Bordin
“Qəbələ”
22. Dmitri Bezotosnı
3. Voislav Stankoviç
4. Elvin Camalov
(28. Stiven Monroz, 46)
11. Asif Məmmədov
17. Ceyms Adeniyi
18. İlqar Qurbanov
21. Lalavele Atakora
(10. Rauf Əliyev, 65)
27. Bəhlul Mustafazadə
33. Təmkin Xəlilzadə
34. Ürfan Abbasov (k)
88. Sabien Lilay
Ehtiyat oyunçular:
35. Murad Popov
5. Rasim Ramaldanov
7. Roman Hüseynov
8. Qismət Alıyev
32. Amin Seydiyev
26. Faiq Hacıyev
99. Abbas Ağazadə
Baş məşqçi: Sənan Qurbanov