«Qəbələ» «Petrolul»a qarşı
Xəbərlər / 27 Yanvar 2013 | 21:22289
«Qəbələ» «Petrolul»a qarşı

Antalyada hazırlıqlarını davam etdirən "Qəbələ" sabah - yanvarın 28-də toplanış çərçivəsində 4-cü yoxlama oyununa çıxacaq. "İnqolşdadt" (3:4), "Volın" (2:1) və "Metallurq"un ardından qırmızı-qaralar Rumıniya "Petrolul"u ilə qarşılaşacaq. Matç Bakı vaxtı ilə 19:00-da baş tutacaq. 
Əsası 1952-ci ildə qoyulan Rumınıya klubu indiyədək fərqli adlar altında ölkə çempionatlarında çıxış edib. Ölkənin ən titullu komandalarından hesab olunan "Petrolul" hazırda Rumıniya I Liqasında mübarizə aparır.